Sernovodskoye () — Çeçenistan Respublikası, Sunja rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Sunjenski rayonunun və Sernovodskoye kənd sovetliyinin mərkəzidir. Sernovodskoye kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Kənddə "Sernovodsk-Kavkazski" respublika balneoloji kurortu yerləşir.

Coğrafiya Kənd Sunja silsiləsinin cənub yamacının ətəyində, Suja çayın hər iki sahilində, Qroznı şəhərindən 58 km qərbdə, Suja şəhərindən isə 8 km şərqdə yerləşir.

Ən yaxın yaşayış məntəqələri: şimalda — Naqornoe kəndi, cənubda — Asinovnaya stansiyası, qərbdə — Suja şəhəri, cənub-şərqdə — Samaşki, Davıdenko və Yeni Şaroy kəndləri.

İqlimi İqlimi mülayim kontinentaldır. Qış mülayim, tez-tez duman və qar örtüyü ilə müşahidə olunur. Yanvar ayının orta temperaturu −4 °C-dir. Yayı isə isti, bəzən quru keçir. İyulun orta temperaturu +25 °C-dir. Orta illik yağıntının miqdarı ildə 500 mm-dir. Yağıntı əsasən aprel-oktyabr ayları arasında düşür. Orta illik nisbi rütubət təxminən 70 % olur. Şərq və qərb küləyi üstünlük təşkil edir.

Tarixi thumb|left|Sernovodskoye məscidi 1819-cu ildə mövcud kəndin yerində bir istehkam qurulur. 1846-cı ildə Arxangel Mixail xristian bayramı şərəfinə yeni kilsə inşa edilir. Bundan sonra kənd Mixaylovski adlandırılır.

1920-ci ildə sovet əleyhinə qiyamın yatırılmasından sonra kəndin bütün kazak əhalisi sürgün edildi. Deportasiya üç mərhələdə həyata keçirildi: məskunlaşanlar ilə ilk olaraq noyabrın 13-də Pavololskaya stanitsasına, ikincisi mərhələdə 29 noyabrda Soldatskaya stanitsasına, üçüncü mərhələdə isə 3 dekabrda Qosudarstvennaya stanitsasına göndərildi.3 dekabr 1920-ci ildə boş kənd Çeçenistan İcraiyyə Komitəsinə təhvil verildi . Bir qədər sonra, çeçenlər tərəfindən məskunlaşdırıldı və Aslambek kəndi olaraq adlandırıldı.

1926-1929-cu illərdə Çeçen Muxtar Vilayətinin Novoçeçenski rayonunun inzibati mərkəzi oldu.

1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Aslanbek kəndi Sernovodskoe olaraq adlandırıldı.

1970-ci illərdən 1990-cı illərə qədər Sernovodsk kimi tanınırdı. 2003-cü ildən bəri kənd Çeçenistan Respublikasının Sunjenski rayonunun inzibati mərkəzidir.

Əhali Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %çeçenlər 10 736 99,36 %digərləri 69 0,64 %ümumi 10 805 100,00 %

İqtisadiyyat Çeçenistanda ən qədim mineral su zavodu kənddə fəaliyyət göstərir. Mineral su zavodu 2008-ci ildə fəaliyyətini bərpa etmişdir

Tanınmış şəxsləri Fyoodr Borisoviç Bublikov — İkinci Dünya müharibəsi veteranı, Sovet İttifaqı Qəhrəmanı.

İstinadlar

Mənbə Официальный сайт Сунженского района Чечни Сулейманов А. Топонимия Чечни. Грозный: ГУП «Книжное издательство», 2006 г. Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış yaşayış məntəqələri Kateqoriya:Rusiyanın adı dəyişdirilmiş yaşayış məntəqələri