Marqo Elis Robbi (; ) — avstraliyalı aktrisa və kinoprodüser.
Həyatı Marqo Elis Robbi 2 iyul 1990-cı ildə Avstraliyanın Kvinslend ştatının Delbi şəhərində anadan olub. Onun atası şəkər qamışı maqnatı Duq Robbi, anası isə fizioterapevt Sarie Kesslerdir. Onun üç qardaş-bacısı var. Additional on 19 December 2016. Marqo beş yaşında olarkən valideynləri boşanıb. O, və qardaş-bacıları anaları tərəfindən böyüdülüblər. Onlar atalarını tez-tez görə bilmirdilər. Marqo uşaqlığının çox hissəsini nənə və babasının fermasında keçirib. Marqo şən uşaq idi, evdə tamaşalar etməyi xoşlayırdı.
Anası onu sirk məktəbinə yazdırmışdı, o, trapesiyada çox yaxşı idi. O, səkkiz yaşında ikən bu istedadına görə sertifikatla mükafatlandırılmışdı. Marqo Robbi Somerset Kollecində dram dərsləri almışdır. Yeniyetmə ikən o, eyni anda üç iş görürdü. O, barmen işləyir, evləri təmizləyir və Subway restoranında işləyirdi. Marqo məktəbi bitirdikdən və bir neçə reklam çarxında və müstəqil triller filmlərində çəkilərək təcrübə qazandıqdan sonra peşəkar karyera qurmaq üçün Melburna köçməyə qərar verir.
Filmoqrafiya About Time (2013) Uoll-strit canavarı (2013) Z for Zachariah (2015) Focus (2015) The Legend of Tarzan (2016) İntiharçılar dəstəsi (2016) Mən, Tonya (2017) Goodbye Christopher Robin (2017) Dovşan Piter (2018) Bir dəfə Hollivudda (2019) Bombshell (2019) Birds of Prey (2020) Peter Rabbit 2: The Runaway (2021) The Suicide Squad (2021) Amsterdam (2022) Babylon (2022) Asteroid City (2023) Barbi (2023)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qadın şirkət təsisçiləri Kateqoriya:Avstraliya aktrisaları Kateqoriya:Avstraliya film aktrisaları Kateqoriya:XXI əsr aktrisaları