Northrop T-38 Talon, ABŞ-nin Northrop Corporation şirkəti tərəfindən istehsal edilmiş olan reaktiv mühərrikli təlim təyyarəsidir. İlk uçuşunu 10 mart 1959-cu ildə etmişdir. 1961-ci ildə xidmətə qəbul edilmiş və hal-hazırda da aktiv şəkildə istifadə olunur. 1961–1972-ci illər arasında 1187 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 756.000 ABŞ dolları təşkil edir.
1961-ci ildən 1972-ci ilə qədər istehsal olunan T-38 təlim təyyarələri 21-ci əsrin texnologiyası ilə ayaqlaşmaq üçün bəzi modernizasiya edilirlər. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən 68 ədəd T-38 ARI programı əsasında TUSAŞ tərəfindən modernizasiya ediləcəkdir.T.C. MSB Savunma Sanayii Müsteşarlığı - T-38 Modernizasyonu
T-38A “Talon”, iki mühərrikli yüksək hündürlüklü bir səsdən iti sürət ilə uçan təlim təyyarəsidir. T-38 qanadlarının ön tərəfi geriyə doğru əyilmiş vəziyyətdədir və gövdəsi aerodinamik quruluşa malikdir. Bu təyyarədə müəllim pilot və tələbə pilot ardıcıl olaraq bir-birinin arxasında katapult ilə təchiz edilmiş olan oturacaqlarda oturaraq kondisionerli bir pilot kabinəsində işləyirlər. Kritik komponentlər bel səviyyəsindədir və texniki heyət tərəfindən asanlıqla əldə edilə bilər. T-38, yüksək səviyyədə işləmə qabiliyyətli və baxılması asan, son dərəcə qənaətcil və eyni zamanda çox yüksək etibarlılıq səviyyəsinə sahib bir təyyarədir. Bu keyfiyyətlərinə görə bir çox müttəfiq ölkələr tərəfindən bəyənilmişdir.
T-38 695 metrə qədər olan qısa uçuş-enmə zolaqlarından havaya qalxır və bir dəqiqədə 9000 metrə kimi hündürlüyə çata bilər. Tələbə pilotlar T-38-də səssiz uçuş texnikası, akrobatika, qol uçuşu, gecə və alət uçuşu təlimi alırlar. Bu günə qədər 60 mindən çox pilot döş nişanlarını bu təyyarədə qazanmışdır.
“Talon” ilk uçuşunu 1959-cu ildə reallaşdırmışdır və 1961-ci ildən istehsalının başa çatdığı 1972-ci ilə qədər 1100-dən çox T-38 ABŞ Hərbi Hava Qüvvələrinə (USAF) çatdırılmışdır.
“Pacer Classic” adlı bir proqram T-38-lərin ömrünü gövdə dözümlülüyü baxımından 2020-ci ilə qədər uzatmaq üçün tətbiq edilmişdir. Bundan əlavə, avionikada düzəlişlər edilməklə, bütün T-38-lər T-38C tipinə çevriləcəkdir.
İstifadəçilər
Alman Hərbi Hava Qüvvələri (35 ədəd)
Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri (459 ədəd) ABŞ Hərbi Donanması (10 ədəd) NASA (32 ədəd)
Cənubi Koreya Hərbi Hava Qüvvələri (1999-cu ilə kimi istifadə edilmişdir. Yerlərini Suxoy Su-57 hərbi təyyarələrinə buraxmışdır.)
Portuqaliya Hərbi Hava Qüvvələri (1977-ci ildə 12 ədəd alınmışdır. 1993-cü ilə qədər istifadə edilmişdir.)
Tayvan Hərbi Hava Qüvvələri (40 ədəd)
Türk Hava Qüvvələri (88 ədəd)
T-38A xüsusiyyətləri
Ekipaj: 2 Mühərrik: 2 ədəd General Electric J85-GE-5 (afterburnerli) İtələmə gücü: 12,91 kN/ea. Qanad uzunluğu: 7,60 m Uzunluğu: 14,0 m Hündürlük: 3,8 m Sürəti: 1,340 km/saat (Mach 1,08 Dəniz səviyyəsində) Xidmət tavanı: 16,500 m-dən çox Maksimum uçuş çəkisi: 5,670 kq Mənzili: 1,650 km.
T-38B silah daşıya bilir, tək pilotludur.
İstinadlar
Kateqoriya:Təyyarələr Kateqoriya:ABŞ texnikası Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr