Abbasəli hamamı — Abşeron rayonu Fatmayı kəndinin daxilindən keçən Cəlil Cavadov küçəsinin sağ tərəfində yerləşir.

Tikili L hərfi formasına malik hamam iki hissədən ibarətdir. İki hücrədən ibarət olan hamam müvafiq olaraq 2 günbəzə sahibdir. Girişi qərb hissədəndir.

Tarixi Hamamın XIX əsrdə tikilməsi qeyd olunur. Hamam hazırda istifadəsiz və baxımsız vəziyyətdədir. Hamamın adının onu inşa etdirən şəxsin adı ilə bağlı olması ehimal edilir.

Şəkilləri

Həmçinin bax Əlimurad hamamı

İstinadlar

Kateqoriya:Azərbaycan hamamları Kateqoriya:Abşeron rayonunun abidələri Kateqoriya:Fatmayı