Kiran sarayı — Kiran şəhərinin içqalasında yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi.
Memarlıq xüsusiyyətləri Saray, Kiranın ikinci məhəlləsinin cənub hissəsində yerləşir. Saray binasının divarları nəhəng ölçülü qaya parçalarından tikilmişdir. Düzbucaqlı formaya malik olan həmin daş bloklar 2 metr uzunluğa və 0.5 metr enə malikdir. Saray divarlarının 6 sırası dövrümüzə çatmışdır ki, tədqiqatçı B. İbrahimov saxlanılmış hissənin iri tikilinin yalnız kürsüsü olduğunu qeyd edir.
Saray binası düzbucaqlı formaya malikdir. Cənub tərəfi istisna olmaqla, digər tərəflərdən saray binasına müxtəlif kiçik tikililər də birləşir. Saray binasına kürsünün tikilməsində istifadə edilmiş geniş daşlardan hörülmüş iri pilləkən aparır.
B. İbrahimov ehtimal edir ki, saray tikilisinin ətrafındakı zirzəmili tikililər xidmətçilərin yaşaması və təsərrüfat xarakterli işlər üçün nəzərdə tutulmuşdur. Arxeoloji qazıntılar zamanı həmin otaqlardan çoxlu sayda mətbəx və təsərrüfat əşyalarının aşkara çıxarılması da tədqiqatçıların ehtimallarını təsdiqləmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan sarayları Kateqoriya:Ordubad rayonunun abidələri Kateqoriya:Kiran Kateqoriya:Eldənizlər