Efrayim Katsir (; ) — İsrail biofiziki və İsrail Əmək Partiyasının üzvü, İsrailin dördüncü Prezidenti (1973–1978).
Həyatı Efrayim Kaçalski Rusiya İmperiyasının Kiyev şəhərində (indiki Ukrayna) Yehuda və Sila Kaçalskinin ailəsində anadan olmuşdur. 1925-ci ildə (bəzi mənbələrə görə 1922-ci ildəKUnderground group's explosives maker who became president . Theage.com.au. Retrieved on 9 September 2011.) ailəsi ilə birlikdə yenicə seçilmiş İosif Stalinin rəhbərliyi ilə həyata keçirilən Sovet terrorundan yaxa qurtarmaq məqsədilə mandat altında olan Fələstinə miqrasiya etmiş və Yerusəlimdə məskunlaşmışdır. 1932-ci ildə Rehaviya Gimnaziyasından məzun olmuşdur. Qardaşı Aharon Katsir kimi o da elmlə maraqlanırdı. O, Yerusəlim Yəhudi Universitetində botanika, zoologiya, kimya və bakteriologiya üzrə təhsil alırdı. 1938-ci ildə magistr, 1941-ci ildə isə fəlsəfə doktoru elmi dərəcəsi alır. 1939-cu ildə ilk Haqana qulluqçuları kursundan məzun olur və tələbə birliyinin komandiri təyin edilir. Qardaşı ilə birlikdə partlayıcı maddələrin inkişafı üzərində işləyir. 1948-ci ildə Efrayim "Heyl Mada" — elmi tədqiqat və inkişaf korpusunun komandiri təyin edilir.Katzir bio . Zionism-israel.com. Retrieved on 9 September 2011. Qardaşı, Veysman İnstitutunda Polimer Tədqiqatları Departamentinin rəhbəri Aharon Katsir Lod Hava Limanında qırğın zamanı qətlə yetirilir.
Katsir Nina ilə ailə həyatı qurmuşdu. Nina Polşada anadan olmuş, 1986-cı ildə vəfat etmişdir. İngilis dili müəlliməsi olan Nina dilin tədrisi üçün özünəməxsus metod işləyib hazırlamışdı. Prezidentin xanımı olduğu zamanlarda uşaq kitablarının müəlliflərini və onların azyaşlı oxuyucularını Prezident İqamətgahına dəvət edərdi. Nina qızları Nurit və İritin xatirəsinə 1978-ci ildə Nurit Katsir Yerusəlim Teatr Mərkəzini qurmuşdu. Nurit karbon mono oksidin təsirinə məruz qalaraq bədbəxt hadisə nəticəsində həyatını itirmişdi. Digər qızları İrit isə özünü öldürmüşdü.Nurit Katzir Jerusalem Theater Center . Jerusalem.muni.il. Retrieved on 9 September 2011. Onların Meir adlı bir oğlu və üç nəvəsi vardı. Efrayim Katsir 30 may 2009-cu ildə Rexovotdakı evində vəfat etmişdir.Israel's fourth president Ephraim Katzir dies at 93 Haaretz, 31 may 2009
Elmi fəaliyyəti Bruklin Politexnik İnstitutu, Kolumbiya Universiteti və Harvard Universitetində tədqiqatlarına davam etdikdən sonra İsrailə qayıdır və Rexovotda özünün də qurulmasında yaxından iştirak etdiyi Veysman Elmi İnstitutunda Biofikiza Departamentinin rəhbəri olur. 1966–1968-ci ildə Katsir İsrail Silahlı Qüvvələrinin baş elmi işçisi olur. Onun ilk tədqiqat obyektləri sadə sintetik protein modellər olsa da, hazırda protein mühəndisliyi adlanan sahənin əsasını təşkil edən metodları da aşkar etmişdi.
Prezidentlik 250px|thumb|right|Prezident Efrayim Katsir bədəvi şeyxləri ilə görüşür. 1973-cü ildə Qolda Meir Harvard Universitetində Katsirlə əlaqə saxlayır və ondan prezidentlik təklifini qəbul edib-etmədiyini soruşur. Bu zaman Efrayim soyadını "məhsul" mənasını verən "Katsir" olaraq dəyişdirir.
10 mart 1973-cü ildə Katsir Knesset tərəfindən İsrailin dördüncü prezidenti seçilir. O, 66 lehinə, 41 əleyhinə səs toplamaqla rəqibi Efrayim Urbaxa qalib gəlir və 24 may 1973-cü ildə prezidentlik səlahiyyətlərinin icrasına başlayır.
1977-ci ilin noyabrında Misir prezidenti Ənvər Sadatı qəbul edir: bu, bir ərəb dövlət başçısının İsrailə ilk rəsmi səfəri idi. Katsir həyat yoldaşının xəstəliyi səbəbi ilə ikinci dəfə prezident olmaqdan imtina etmiş və ardınca İtshak Navon prezident seçilmişdir. Prezidentlikdən sonra yenidən elmi fəaliyyətinə davam etmişdir.
Mükafatları 1959 — İsrail Mükafatı (təbiət elmləri üzrə) 1972 — Avropa Biokimyəvi Cəmiyyətləri Federasiyasının Cənab Hans Krebs Medalı 1977-ci ildə London Kral Cəmiyyətinin Xarici Üzvü seçilib. 1985 — Yaponiya Mükafatı 2000-ci ildə Raşi Fondu Katsirin şərəfinə Katsir Təqaüd Proqramını yaratdı. Katsir burada direktorlar şurasının ilk üzvlərindən idi. Nümunəvi tərcüməyə görə Çernixovski Mükafatına da layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Elmə və cəmiyyətə töhfələrim, Efrayim Kaçalski-Katsir Efrayim Katsir İsrailin Xarici İşlər Nazirliyi Baş nazir Netanyahu keçmiş Prezident Efrayim Katsiri yüksək qiymətləndirir Efrayim Katsir (Kaçelski) (1916–2009) Ehud Qazit, Elmi supergücə bir baxış, Haaretz, 8 iyun 2009-cu il
Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:Fransa Elmlər Akademiyasının üzvləri Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:İsrail yəhudiləri Kateqoriya:Yəhudi alimlər Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:İsrail prezidentləri Kateqoriya:Ukrayna yəhudiləri Kateqoriya:Polşa yəhudiləri Kateqoriya:Yerusəlim Yəhudi Universitetinin məzunları Kateqoriya:İsrail biofizikləri Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Rusiya imperiyası yəhudiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Təl-Əviv Universitetinin müəllimləri