Sabah Futbol Mərkəzi, Sabah Arena və ya əvvəlki bilinən adı ilə AZAL Arena — Azərbaycanda, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən futbol stadionu. 2011-ci ildə açılmışdır. Azarkeş tutumu 3500 nəfərdir.

Tarixi Tikintisinə 2009-cu ildə başlanılan stadion 2011-ci ildə açılıb. Açılış ünü 10 aprel 2011-ci ildə keçirilən oyunda AZAL PFK 1:0 hesabı ilə Bakı FK komandasına qalib gəlib. UEFA tərəfindən iki ulduz verilən stadionda beynəlxalq dərəcəli oyunlar da keçirilə bilər.

Həmçinin bax

Bank Respublika Arena

İstinadlar

Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:AZAL Bakı PFK