Sergey Şipov (; doğ. 17 aprel 1966, Murom, Rusiya SFSR, SSRİ) — Rusiya şahmatçısı, qrosmeyster (1996), həmçinin şahmat məşqçisi, şərhçi və yazıçı.

Həyatı Sergey Şipov 1966-cı il aprelin 17-də Vladimir vilayətinin Murom şəhərində anadan olub. 1970-ci illərin əvvəllərində ailəsilə birlikdə Kirjaç şəhərinə köçüb. Burada o, uzun müddət şahmat dərnəyində məşğul olub. 1979-cu ildə Moskvada idman internatına daxil olub. 1983-cü ildən 1989-cu ilədək Moskva Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. 1989-1991-ci illərdə Moskva vilayətivin Çernoqolovka şəhərində yerləşən SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda çalışıb.

1992-ci ildə beynəlxalq usta normasını yerinə yetirib, 1996-cı ildə isə beynəlxalq qrosmeyster adını alıb.

Şipov 1998-ci ildə Sankt-Peterburqda Rusiya vitse-çempionu titulunu qazanıb.

1999-cu ildən Moskvada yaşayır və işləyir.

Şərhçi fəaliyyəti Şipov şərhçi karyerası boyu kasparov-chess.ru, chesspro.ru və 64.ru kimi saytlarla əməkdaşlıq edib. 2006-cı ildə özünün crestbook.com şahmat saytını yaratmışdır.

2013-cü ildən 2014-cü ilədək Chess TV telekanalının şahmat üzrə daimi şərhçisi olub.

2016-cı ilin noyabrında şahmat üzrə dünya çempionu adı uğrunda matçın rəsmi rusdilli şərhçisi olub.Матч Карлсен - Карякин. Сергей Шипов — YouTube

Ədəbi fəaliyyəti Şipov dörd kitabın müəllifidir:

İstinadlar

Xarici keçidlər

FIDE Chess profili Sergei Shipov. Chess-DB.com Sergei Yuryevich Shipov. Chessgames.com Sergei Shipov. 365Chess.com

Kateqoriya:Rusiya şahmatçıları Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Moskva Dövlət Universitetinin məzunları Kateqoriya:Şahmat qrosmeysterləri