İsmayıl Mahmud oğlu Əfəndiyev () — görkəmli Azərbaycan aktyor və rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Azərbaycanın ilk peşəkar kino aktyorlarındandır. "Səbuhi", "Fətəli xan", "O olmasın, bu olsun" və s. filmlərdə çəkilmişdir. "Arşın mal alan" (1945) filmindəki Süleyman obrazı İsmayıl Əfəndiyevin ən yaxşı rollarındandır.

Həyatı İsmayıl Əfəndiyev 1910-cu ildə Şamaxıda dünyaya göz açıb. Bir müddət Gəncədə teatr sahəsində çalışdıqdan sonra, 1939-cu ildə kinostudiyada işə qəbul olunur. Burada ömrünün sonuna kimi müxtəlif vəzifələrdə çalışır. 1935-ci ildə rejissor A. M. Şərifzadənin "Məhəbbət oyunu" kinokomediyasında çəkilib, aşiq Səttar surətini yaradıb. Bundan sonra o, aktyor kimi "Yeni horizont", "Səbuhi", "Vətən oğlu", "Bəxtiyar", "Qara daşlar", "Qızmar günəş altında", "Əmək və qızılgül", "İnsan məskən salır" və digər bədii filmlərdə müxtəlif obrazlar yaradıb. "Arşın mal alan"da Süleyman, "Fətəli xan"da Həmzə və "O olmasın, bu olsun"da Həsənqulu bəy filmləri aktyora şöhrət qazandırıb. Bundan başqa İ. Əfəndiyev "Bəxtiyar" bədii filmində ikinci rejissor işləyib, Ş. Şeyxovla birgə "Kölgələr sürünür" macəra filminə quruluş verib.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. O, eyni zamanda bir neçə sənədli film çəkib, 200-ə qədər xarici filmi Azərbaycan dilinə dublyaj edib.

O, 1946-cı ildə Təbrizə gedir və bir neçə tamaşanı səhnəyə qoyur.

1967-ci ildə vəfat edib.

Filmoqrafiya Abbas Mirzə Şərifzadə (film) (qısametrajlı sənədli film) (Aztv) (arxiv kadrlar) ("Məhəbbət oyunu" filmində) Alagöz yaylağında (film, 1955) Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943) Arazın o tayında (film, 1947) Arşın mal alan (film, 1945) Azərbaycan atları (film, 1953) Azərbaycan kolxozçusu, tank dəstəsi yaradaq! (film, 1942) Bəsləsən atlas olar tut yarpağından (film, 1957) Bəxtiyar (film, 1955) Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax) Əmanət kassası (film, 1950) Əmək və qızılgül (film, 1962) Əsl dost (film, 1959) Fətəli xan (film, 1947) İnsan məskən salır (film, 1967) Kölgələr sürünür (film, 1958) Qara daşlar (film, 1956) Qızmar günəş altında (film, 1957) Qüdsi (film, 2007) Mavi dənizin sahilində (film, 1935) Məhəbbət oyunu (film, 1935) Məktuba cavab (film, 1944) Nağılların Dərbəndi (film, 2006) O olmasın, bu olsun (film, 1956) Ordenli Azərbaycan № 30–31. Xüsusi buraxılış (film, 1942) Səbuhi (film, 1941) Sovqat (film, 1942) Ulduz (film, 1964) Üzeyir ömrü (film, 1981) Vətən oğlu (film, 1941) Yeni horizont (film, 1940) Bir qalanın sirri (film, 1959) — film səsləndirən: Eldostu (Məmmədrza Şeyxzamanov)

İstinadlar

Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.

Xarici keçidlər İzlə kino-teatr.ru

Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Səssiz film aktyorları Kateqoriya:Ürək-damar xəstəliyindən vəfat edənlər Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Azərbaycan kinorejissorları