DədəBaba — Azərbaycanda fəaliyyət göstərən və əsasən, rok üslubunda ifa edən satirik qrup.

Qrup haqqında DədəBaba qrupunun üzvləri 2015-ci ilin yayında bir araya gəlsə də, qrup rəsmi olaraq həmin ilin dekabrında fəaliyyətə başlamışdır. Qrupun mahnıları, əsasən, satirik xarakterli olmaqla cəmiyyətdə olan sosial problemlər haqqındadır.

2018-ci ilin martında qrupun "Molotov kotleti" adlı ilk klipinin təqdimatı olmuşdur.

27 may 2019-cu ildə qrupun "Buyurun, keçin, baxın" adlı 15 mahnıdan ibarət ilk albomunun təqdimatı keçirilib. Təqdimatdan sonrakı konsert zamanı qrup Niyaməddin Musayev ilə birlikdə müğənninin "Dünya sənin, dünya mənim" mahnısını ifa etmişdir.

Qrup üzvləri Orxan Musayev — bas gitara, vokal (2015–indiyə kimi) Əli Nəsib — baraban (2015–indiyə kimi) Hafiz Baxışlı — gitara (2018–indiyə kimi) Keçmiş üzv Laçın Ağasıyev — gitara (2015–2018)

İstinadlar

Kateqoriya:Azərbaycan rok-qrupları Kateqoriya:2015-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Vikipediya:Şəkli olmayan musiqi qrupları haqqında məqalələr