thumb|200px|left|Atollun kosmosdan təsviri. Reao () — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taitidən 1350 km şərqdədir.
Coğrafiya Atollun sahəsi 9 km²-dir. Daxilində laqun vardır.
İnzibati bölgüsü Ada Sahəsi,km² Laqunun sahəsi,km² Əhali,nəf. (2007) Yaşayış məntəqəsiReao934360Papuarava Pukarua723207MarautaqaroaReao1657567Papuarava İnzibati baxımından Reao kommunasına daxildir.
Tarixi Reaoda ilk məskunlaşma b.e. I əsrində baş vermişdir. Reao ilk dəfə 1822-ci ildə fransız dənizçisi Louis Isidore Duperre tərəfindən kəşf edilmişdir. XIX əsrin ortalarında Manqareva adasından gələn misionerlər tərəfindən əhalisi xristianlaşdırılmışdır.
Əhali 2007-ci il məlumatına görə adada 360 nəfər yaşayır. Yeganə yaşayış məntəqəsi Papuaravadır. Adada aerodrom vardır. Kopra hazırlamaq əhalinin əsas məşquliyyətidir.
Mənbə Ada haqqında informasiya
Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Tuamotu Kateqoriya:Mərcan adaları