Corc Roulinson (; ) — Böyük Britaniya alimi, tarixşünası, xristian teoloqu.

Həyatı Corc Roulinson 23 noyabr 1812-ci il tarixində Böyük Britaniyanın Oksfordşir qraflığının Çadlinqton kəndində anadan olmuşdur. O, Avraam Tisek Roulinsonun oğlu, məşhur Assurioloq Ser Henri Roulinsonun kiçik qardaşı idi. O, ibtidai və orta təhsilini İlinq məktəbində, ali təhsilini isə Oksford Universitetində almışdır. O, 1838-ci ildə oradan məzun olmuşdur. O, 1842-ci ildən 1889-cu ilə qədər müəllimlik və professorluq etmişdir.

O, 1846-cı ildə Ser Robert Aleksandr Çermsaydın qızı Lüiza Çermsayd ilə evlənmidir.

Corc Roulinson 6 oktyabr 1902-ci il tarixində Böyük Britaniyanın Kent qraflığının Kenterberi şəhərində, 89 yaşında vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

The History of Herodotus, translated by George Rawlinson. Rawlinson, George. Historical Evidences of the Scripture Records Stated Anew: With Special Reference to the Doubts and Discoveries of Modern Times. New York: John B. Alden, 1885.

Kateqoriya:XIX əsr tarixçiləri Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:İngiltərə tarixçiləri Kateqoriya:İngiltərə tərcüməçiləri Kateqoriya:Oksford Universitetinin məzunları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri