Xanağa Nekropolu— Culfa rayonunda eyniadlı kəndin qərbində,Əlincəçayın sağ sahilində orta əsrlərə (XIV-XVII) əsrlərə aid arxeoloji abidə. Haqqında 150px|thumb|right|Qəbirlər üzərində ərəb əlifbası ilə yazılmış kitabələr Hazırda ərazisi əkin sahəsinə çevrilmişdir. Kəşfiyyat xarakterli tədqiqqatlar (1991) nəticəsində aşkara çıxarılmış qəbirlərin əksəriyyətinin baş daşları düşmüşdür. Sinə daşları düzbucaqlı prizma şəklində hazırlanmışdır. Bəzi qəbirlər düzbucaqlı əsas üzərindədir; bir qisminin baş tərəfi tacvarı formada tamamlanmışdır. Vaxtilə buradakı qəbirlərin üstündə daşdan qoç heykəllər olmuşdur. Hazırda onların yalnız bir neçəsi qalmışdır. Bəzi qəbirlərin üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Həmçinin bax Naxçıvan nekropolları İstinadlar

Xarici keçidlər Culfa Kateqoriya:Culfa rayonunun nekropolları