Çarlz Elvud Yeqer (; ) — amerikalı pilot.
Həyatı 1923-cü ildə Amerika Birləşmiş Ştatlarının Virciniya bölgəsində dünyaya gəlmişdir. İkinci dünya müharibəsi dövründə ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir.
Müharibə başa çatdıqdan sonra Hərbi hava qüvvələrindən ayrılmamış və test pilotu olmuşdur. 14 oktyabr 1947-ci ildə raketlərlə təchiz edilmiş Bell X-1 təyyarəsini test edərkən səs sürətini keçmiş ilk insan olmuşdur. Daha sonralar hərbi karyerasında general-mayor rütbəsinə qədər yüksəlmişdir. 1941–1975-ci illər ərzində ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. Vyetnam müharibəsi və İkinci dünya müharibəsində iştirak etmişdir.
İstinadlar
Kateqoriya:Pilotlar Kateqoriya:Aviasiya qabaqcılları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Aviaqəzalarda sağ qalmışlar