Halikarnas mavzoleyi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. thumb|right|200px
5-ci möcüzə Kiçik Asiyadakı qədim Kariya padşahlığının paytaxtı Halikarnasda, yəni Türkiyənin indiki Bodrum şəhərində yerləşirdi. Tikilinin bu günümüzə qədər özünün daş parçaları qalmışdır. Məqbərə eramızdan əvvəl 351-ci ildə yaradılmışdır. O, 4 il, yəni eramızdan əvvəl 355-ci ilə qədər yaşamışdır. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisyanın istəyilə e.ə. IV əsrin ortalarında tikilən əzəmətli məqrəbə idi. Üçyaruslu məqbərənin birinci yarusunu ağ mərmərdən relyef zolağı əhatə edirdi. İkinci yarusu yaraşıqlı mərmər sütunlardan, üçüncüsü isə ehram şəkilli mərmər damdan ibarət idi. İçində Mavsol və Artemisyanın mərmər heykəlləri olan dördatlı maşın Halikarnasdakı bu möhtəşəm məqbərəni tamamlayırdı.
Mavsolun adından "mavzoley" sözü yaranmışdır...
Mavsolun və Artemisiyanın heykəlləri, həmçinin məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır.
Qalereya
Ədəbiyyat Bodream, İjon-Piser Sullyet, Anagramme Ed, 2010, ISBN 978-2-35035-279-4.
İstinadlar
Həmçinin bax
Misir ehramları Rodoslu Koloss
Xarici keçidlər Oktay Talıstanlı. Qədim Şərqin möcüzələri. Bakı: "Adiloğlu", 2007.
Kateqoriya:Dünyanın yeddi möcüzəsi Kateqoriya:Britaniya muzeyi Kateqoriya:Britaniya muzeyinin kolleksiyası Kateqoriya:E.ə. IV əsrdə yarananlar Kateqoriya:Türkiyədəki xarabalıqlar Kateqoriya:Bodrum Kateqoriya:Egey regionundakı arxeoloji abidələr Kateqoriya:Halikarnas Kateqoriya:Qədim Yunan memarlığı Kateqoriya:Mavzoleylər Kateqoriya:Muğla ili Kateqoriya:Türkiyə mavzoleyləri Kateqoriya:Türkiyədəki arxeoloji abidələr Kateqoriya:E.ə. IV əsrdə tamamlanmış tikililər