İsgəndəriyyə mayakı — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı.
E.ə. təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında (İsgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat tərəfindən inşa edilən Qədim Yunanıstanın ən böyük mayakı.
Üçyaruslu bu qüllənin hündürlüyü 120 metrə çatıb. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərmək üçün tonqal qalanırmış. Roma İmperiyasının süqutundan sonra mayakdan artıq istifadə olunmayıb. XIV əsrdə baş verən zəlzələdən sonra isə mayakın yerində xarabalıq qalıb.
Şəkillər
Həmçinin bax Dünyanın yeddi möcüzəsi İsgəndəriyyə Misir ehramları Rodoslu Koloss Halikarnas mavzoleyi
Xarici keçidlər Oktay Talıstanlı. Qədim Şərqin möcüzələri. Bakı: "Adiloğlu", 2007.
Kateqoriya:Dünyanın yeddi möcüzəsi Kateqoriya:İsgəndəriyyə Kateqoriya:1968-ci ilin arxeoloji kəşfləri Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:E.ə. III əsrdə yarananlar Kateqoriya:Qədim Yunan memarlığı Kateqoriya:Misirdəki arxeoloji abidələr Kateqoriya:Sualtı arxeologiyası Kateqoriya:Yunan epiqrafiyası Kateqoriya:E.ə. III əsrdə tamamlanmış tikililər