Sürəyya Bəşir qızı Ağayeva () — Azərbaycan alimi, ARETN akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neft-kimya proseslərinin texnologiyası” laboratoriyasının müdiri, kimya elmləri doktoru, dosent.

Ümumi məlumatlar Ağayeva Sürəyya Bəşir qızı 1951-ci il mayın 10-da Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Orta təhsilini Bakının Nərimanov rayonunun 200 saylı məktəbində almış və 1973-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinin “Əsas üzvü və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirmişdir.

İlk əmək fəaliyyətinə institutu bitirdikdən sonra, 1974-cü ildən Azərbaycanın MEA Neft Kimya Prosesləri İnstitutunun Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Bilal Ataş oğlu Dadaşovun rəhbərlik edən “Heterogen kataliz” laboratoriyasında kiçik elmi işçi vəzifəsi ilə başlamışdır və seolit katalizatorlarının sintezi və onların tədbiqi sahəsində tədqiqatlar aparılmışdır. Aspiranturanı bitirdikdən sonra, 1988-ci ildə “n-Pentanın izomerləşməsi üçün metallseolit katalizatorların işlənib hazırlanması” mövzusunda professor B.A.Dadaşovun rəhbərliyi altında namizədlik dissertasiya müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsini alan S.Ağayeva, 1992-ci ildə “Heterogen kataliz” laboratoriyasında böyük elmi işçi, 2002-ci ildən isə aparıcı elmi işçi, hal-hazırda isə baş elmi işçi vəzifəsində çalışır.

2004-cü ildə S.Ağayeva dosent adı verilmişdir. Elmi axtarışlarını müntəzəm olarq davam etdirən S.Ağayeva, 2010-cu ildə “Toluolun disproporsionallaşması və kiçik molekullu (C2-C5) alkanların çevrilməsi proseslərinin fəallaşdırılması üçün seliolit sistemlərinin məqsədyönlü modifikasiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş “Neft kimyası” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır.

Elmi fəaliyyəti Elmi fəaliyyətini əsasən müxtəlif karbohidrogenlərin izomerləşmə, aromatikləşmə və disproporsionallaşma, birbaşa qovulma və qaz benzinlərinin bilavasitə izomerləşmə prosesləri üçün səmərəli katalizatorların sintezinin elmi əsaslarının işlənib hazırlanmasına həsr etmişdir. O, neft hasilatı və neft emalı qazlarının tərkibini təşkil edən C2+ aşağımolekullu alkanların, eləcə də tullantı və səmt neft qazlarının effektiv emalının həlli üçün yüksək aktivliyə və selektivliyə malik olan katalizatorlar yaratmış, toluolun disproporsionallaşma, C2+- nın dehidrotsiklooliqomerləşməsi və n-parafinlərin izomerləşməsi reaksiyalarında C-C əlaqələrinin əmələ gəlmə və yenidən paylanma qanunauyğunluqları ümumiləşdirilmişdir. Müxtəlif quruluşlu seolitlərin modifikasiyalaşmasının onların turşu və mikroməsaməli xüsusiyyətlərinə təsirinin sistematik tədqiqi nəticəsində onların C2+ karbohidrogenlər və toluolun çevrilməsi zamanı C-C əlaqələrinin əmələgəlməsi və yenidən paylanmasına təsiri müəyyən olunmuş və bu faktorların toluolun disproporsionlaşması, n-parafinlərin izomerləşməsi və C2+ aşağımolekullu alkanların dehidrotsiklooliqomerləşməsi proseslərində katalitik xüsusiyyətlərinin dəyişməsinə təsirinin differensiasiyası aparılmışdır. Müəyyən olunmuşdur ki, karbohidrogenlərin çevrilməsinin seçiciliyini təyin edən aparıcı faktor seolitin mikroməsaməli quruluşudur. Aparılmış tədqiqatlara əsasən, işlənib hazırlanmış kompozision katalizatorlar üzərində birbaşaqovulma benzinlərinin yüksək temperaturlu dehidrotsiklləşdirici emalının (riforminqin) aşağıtemperaturlu izomerləşdirici emalla (izoforminqlə) əvəzedilməsi və izoforminq prosesinə qaz alkanların cəlb edilməsi, Avrostandartların tələb etdiyi yüksək oktanlı ekoloji təmiz benzinlər almağa imkan verilməsinin mümkünlüyü göstərilmişdir. 2015-2016-cı illərdə Socar Elm Fondunun və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant üzrə işlərinin iştirakçısı və elmi rəhbəri olmuşdur.

Son illərdə S.Ağayevanın tədqiqatları Heydər Əliyev adına NEZ-nun katalitik krekinq qurğusundan ayrılan C3-C4 qazların sənaye katalitik krekinq katalizatoru KH-4 və onun müxəlif metallarla modifikasiyası əsasında sintez olunmuş katalitik sistemlərin iştirakında aromatikləşmə, dehidrotsiklooliqomerləşmə, oliqomerləşmə reaksiyalarının qanunauyğunluqlarının öyrənilməsinə həsr olunmuşdur.

Elmi – təşkilati fəaliyyəti 2011-ci ildən NKPİ-nin 02.00.13-Neft kimyası ixtisası üzrə Dissertasiya Şurası nəznində Elmi Seminarın üzvü, 2017-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının AMEA NKPİ-nun nəzdində fəaliyyət göstərən ED1.16 Dissertasiya Şurasının üzvü olmuş, 2023-cü ildən hal-hazıradək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvüdür.

Elmi əsərləri və istinadlar O, bir sıra beynalxalq konqreslərin və konfrasların (Fransa, Yaponiya, Çin, Rusiya və digər) iştirakçısı olmuşdur. Ümimilikdə 188 elmi əsəri dərc olunmuşdur, o cümlədən 70 – məqalə, 116 – tezis. Q3-10, Q4-6. https://www.scopus.com/authid/detail.uri?authorId=59347980100, https://www.webofscience.com/wos/author/record/LUZ-5714-2024, https://scholar.google.com/citations?user=dXxFl-gAAAAJ&hl=ru

Əsas elmi əsərlərin adları Catalytic utilization of molecular alkanes. Catalysis in application. Cambridge. UK. 2003, р.302 Регулирование распределения продуктов каталитической ароматизации С2+ углеводородов. Нефтехимия. 2007. т.47. №3. с.181. Особенности образовaния и перераспределения С-С связей при превращениях углеводородов на модифицированных цеолитах. Нефтехимия. 2008. №3. с.163 Сопряженная конверсия метанола и н бутана на цинк-циркониевых катализаторах. Прикладная химия. 2013г., т. 86, вып. 5, с.786 The effect of hydrogen on the conversion of a mixture of C7H16:C4H10 on the Mor/WO42-ZrO2 catalytic system. III Scientific-Technological Symposium Catalytic Hydroprocessing in oil refining. Lyon/ France. 16 April 2018. P. 212-213. Превращение н-гептана, н-бутана и их смеси на каталитических системах Al2O3/Wo42-۰ZrO2 и HMOR/WO42-۰ZrO2. Журнал прикладной химии. 2018. Т.91. Вып.1. стр. 838-845. Kinetics and mechanism of isomeric-syncretization conversion of straightrun gasolines on composite zeolite systems of Me-zeolite - So42-/ZrO2. Processes of petrochemistry and oil refining. Vol.20, No.1, 2019, pp.  33–40. Превращение прямогонного бензина в С5-С6 алканы на композиционных катализаторах Co(Ni) HZSM-5/SO42-/ZrO2. Журнал прикладной химии. 2019. Т.92. Вып. 2. стр. 197-203. Abasov S.I., Agayeva S.B., Mamedova M.T., Isayeva Y.S., Iskenderova A.A., Tagiyev D.B. Effect of an alkyl substitute on hydroconversion of individual aromativ hydrocarbons on Co/HZSM -5/ SO42--ZrO2 composite catalyst. Azərbaycan Kimya Jurnalı, №2, 2024, pp-36-42. Abasov S.I., Mamedova M.T., Isayeva Y.S., Agayeva S.B., Imanova A.A., Zərbəliyev R.R., Iskenderova A.Ə. Izomerization conversion of straight run gasoline, gas gasoline and their mixture on Со/НZSM -5/ ZrO2/ SO24- composite catalyst. Processes of petrochemistry and oil refining, Vol.25, No.2, 2024, pp.343-352. Abasov S.I., Isayeva Y.S., Agayeva S.B., Mamedova M.T. Iskenderova, A.A., Imanova A.A. Mechanism of the cojoint effect of components of the Ni/HMOR/SO24- catalytic systems on the hydroconversion of aromatic hydrocarbons. Russian journal of Physical Chemistry A, 2024, Vol 98, No.1, 2, Pp.2717-2722. Агаева С.Б., Абасов С.И., Исмайлова З.Р., Гаджизаде С.М., Агаева Т.Ф. Дегидроциклоолигомеризация этана на модифицированном промышленном катализаторе крекинга КН-4. Ж. Процессы Нефтехимии и Нефтепереработки, Том 25, №1, 2024, стр. 34-40. Агаева С.Б., Абасов С.И., Гаджизаде С.М., Тагиева Ш.Ф., Керимова-Джафарова У.Н., Агаева Т.Ф., Ахмедбекова С.Ф., Бабаева Ф.А.Гетерогенная олигомеризация газов каталитического крекинга на модифицированном промышленном. Ж. Процессы Нефтехимии и Нефтепереработки, Том 25, №4, 2024, стр. 1038-1043. Aghayeva S.B., Abasov S.I., Taghiyeva S.F., Hajizadeh S.M., Ismailova Z.R., Aghayeva T.F., Aliyeva N.M. Low-temperature conversion of olefin-containing industrial gases on Me(Zn,W)/KH-4/Al2O3 heterogeneous systems. CHEMICAL PROBLEMS 2026 no.1 (24), P.111-117. Aghayeva S.B., Abasov S.I., Taghiyev D.B., Taghiyeva Sh.F., Ahmadbayova S.F. Oligomerization and aromatization properties of Zr/KN-4/Al₂O₃ catalyst in the conversion of butane-butylene fraction from catalytic cracking gases. Azərbaycan Kimya Jurnalı, 2026, №1, s.5-12. Agayeva S.B., Abasov S.I., Tagiyeva Sh.F., Ismailova Z.R., Agayeva T.F., Ahmadbayova S.F., Babayeva F.A. Conversion of butane-butylene fraction on industrial-grade KH-4/Al2O3 catalyst modified with Zr and W. PPOR, Vol.27, №1, 2026, pp.234-240.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanın qadın kimyaçıları Kateqoriya:AMEA Neft-Kimya Prosesləri İnstitutunun alimləri