Novruzlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd 22.07.1993-cü il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

Qarabağ Atəşkəs Bəyanatıına (üçtərəfli bəyanat) əsasən Ağdam rayonun Novruzlu kəndi 20 noyabr 2020 tarixində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.

Əhalisi 1993-cü il 4 iyul statistikasına görə 698 ailə, 2666 nəfər.

Tanınmış şəxsiyyətlər Rafiq Əliyev (professor) - AMEA-nın müxbir üzvü, professor Əli Əmirli - Yazıçı, dramaturq Cahangir Məmmədli - Jurnalist, professor İskəndər Novruzlu - Xanəndə, bəstəkar, tarzən, şair Allahverdi Dolxanov - Ekoloq, Dostent Şahvələd Quliyev - Mingəçevir şəhərinin qurucusu Elnur Qasımov - Mingəçevir Futbol Klubunun mətbuat katibi

Coğrafiyası Ağdamın Novruzlu kəndi ilə Yusifcanlı arasından "Qobu" deyilən "Quru çay" dərəsi keçir ki, o da öz suyunu Qarqarçaydan götürüb.

İstinadlar

Kateqoriya:Ağdam rayonunun kəndləri