1983 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 28-ci Avroviziya Mahnı Müsabiqəsidir. Nikolun ifa etdiyi "Ein Bißchen Frieden" mahnı ilə 1982 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1983-cü ildə Almaniya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Almaniyanın üçüncü ən böyük şəhəri olan Münhendə, Rudi-Sedlmayer-Halle sarayında keçirilmişdir. Müsabiqə 1983-cü ilin 23 aprel tarixində baş tutmuşdur.

1983-cü ildə İtaliya iki illik, Fransa və Yunanıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. İrlandiyanın dövlət kanalı RTÉ-nin işçilərinin başlatdığı tətil səbəbindən ölkənin Avroviziya 1983-də iştirakı baş tutmamışdır. 2015-ci ildə Avroviziya ailəsinə qoşulan Avstraliya ilk dəfə müsabiqəni məhz 1983-cü ildə canlı olaraq SBS kanalında yayımlamışdır. Ümumilikdə 20 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Korinn Erme ifa etdiyi "Si la vie est cadeau" adlı mahnı ilə qalib gəlmişdir. Lüksemburqun müsabiqədəki beşinci qalibiyyəti Fransanın 1977-ci ildəki rekordunu yeniləmişdir.

Final № Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal 01 Fransızca Qi Bonne "Vivre" Yaşamaq 8 56 02 Norveçcə Yan Teiqen "Do Re Mi" Do re mi 9 53 03 İngiliscə Sweet Dreams "I'm Never Giving Up" Mən heç vaxt geri çəkilmirəm 6 79 04 İsveçcə Karola Heqqkvist "Främling" Yad 3 126 05 İtalyanca Rikkardo Folyi "Per Lucia" Lusiya üçün 11 41 06 Türkcə Çetin Alp və Kısa Dalga "Opera" Opera 19 0 07 İspanca Remedios Amaya "¿Quién maneja mi barca?" Mənim qayığımı kim sürür? 19 0 08 İtalyanca Mariella Farre "Io così non ci sto" Mən bu cür xoşlamıram 15 28 09 Fincə Ami Aspelund "Fantasiaa" Fantaziya 11 41 10 Yunanca Kristi Stasinopulu "Mu Les" (Μου λες) Mənə söylə 14 32 11 Niderlandca Bernadette "Sing Me a Song" Mənə mahnı oxu 7 66 12 Monteneqrcə Daniel "Džuli" Culi 4 125 13 Yunanca Stavros və Konstantina "I Agapi Akoma Zi" (Η αγάπη ακόμα ζει) Sevgi hələ ki yaşayır 16 26 14 Almanca Hoffmann & Hoffmann "Rücksicht" Diqqət 5 94 15 Danca Qrü Yohansen "Kloden drejer" Planet fırlanır 17 16 16 İvritcə Ofra Haza "Khay" (חי) Sağ 2 136 17 Portuqalca Armandu Gama "Esta balada que te dou" Bu ballada sənə həsr olunub 13 33 18 Almanca Westend "Hurricane" Burulğan 9 53 19 Niderlandca Pas de Deux "Rendez-vous" Görüş 18 13 20 Fransızca Korinn Erme "Si la vie est cadeau" Əgər həyat hədiyyədirsə 1 142

Nəticələr Səsvermə nəticələri Cəmi Fransa 56 3 10 10 6 7 2 3 4 4 1 3 3 Norveç 53 5 3 6 8 1 8 4 6 3 7 2 Böyük Britaniya 79 5 5 12 2 5 8 5 5 6 3 5 2 10 6 İsveç 126 6 12 8 8 7 2 5 10 10 3 1 7 12 10 8 4 8 5 İtaliya 41 7 2 4 3 1 2 8 1 6 7 Türkiyə 0 İspaniya 0 İsveçrə 28 1 7 1 7 6 1 5 Finlandiya 41 1 2 6 3 4 8 7 7 2 1 Yunanıstan 32 3 12 5 12 Niderland 66 2 7 1 6 4 2 12 3 5 5 2 4 3 4 2 4 Yuqoslaviya 125 8 12 1 12 10 12 6 7 8 6 12 10 1 12 8 Kipr 26 4 1 6 5 1 5 4 Almaniya 94 10 10 7 8 6 2 4 1 10 3 8 7 6 12 Danimarka 16 2 7 1 4 2 İsrail 136 8 6 10 5 3 6 7 7 3 12 10 10 7 10 12 10 10 Portuqaliya 33 4 1 5 6 2 6 2 7 Avstriya 53 3 4 5 10 4 4 4 3 6 2 5 3 Belçika 13 4 8 1 Lüksemburq 142 12 10 12 8 7 3 8 12 1 12 10 8 2 12 12 5 8

Xarici keçidlər Eurovision.tv

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:1983-cü ildə Almaniya Kateqoriya:Münxen tarixi