Pervozvannı Həvari Andrey adına patriarx kafedralı (, Patriarşiy sobor v Pitsunde v çest Apostola Andreya Pervozvannoqo), həmçinin Pitsunda kafedralı (, Pitsundskiy xram), Böyük Pitsunda kafedralı (, Bolşoy Pitsundskiy xram) və ya Biçvinta kafedralı (, biçvintis tadzari) — Gürcüstan Respublikası əraziləri daxilində de-fakto müstəqil olan Abxaziya Respublikasının Qaqra rayonunun Pitsunda şəhərində gürcü ortodoks kafedralı. Kafedral hal-hazırda Abxaziya ortodoks kilsəsi tərəfindən istifadəyə verilir və həmin orqanın mərkəzi kimi fəaliyyət göstərir.
Tarixi Pitsunda kafedralı X əsrdə Gürcüstan kralı III Baqratın buyruğuyla tikilmişdir. Kafedral Abxaziya XVI əsrdə Osmanlı imperiyasının hegemoniyasına tabe olana qədər Abxaziya Gürcü Ortodoks Katolikosatının mərkəzi kimi fəaliyyət göstərir. XVII əsrdə yaşamış Fransa səyyahı Jan Şardenin yazdığına görə, artıq Pitsundada yaşamayan katolikos zeytun yağının əziz tutması mərasimini gerçəkləşdirmək üçün yepiskop və knyazlarla birlikdə kafedralı ildə bir dəfə ziyarət edərmiş. Kafedral 1869-cu ildə Abxaziya Rusiya imperiyasının hakimiyyəti altında olarkən bərpa edilmişdir.
Memarlıq xüsusiyyətləri Tikili üzərində xaç olan bir günbəzə malik üç nefli və üç apsidalı, uzanan yarımdairəvi apsidalı düzbucaqlı şəklində olan bir kafedraldır. Kafedral təsirli həcminə görə gözə çarpandır. Kafedralın hündürlüyü günbəzlə birlikdə , uzunluğu , qalınlığı . Kafedralın divarlarının qalığı . Tikili ağır bozrəngli qumdaşı bloklarının üzərində dayanır. Kafedralın divarları daş və kərpicdən hazırlanmışdır. Bu, Bizans memarlıq üslubu üçün tipik bir üsuldur. Kafedralda XIII və XVI əsrlərə aid divar rəsmlərinin qalıqları var. 1830-cu ildə kafedralda XII əsrə aid bir gürcücə yazılmış dörd incil əlyazması tapılmışdır. Əlyazma hal-hazırda Tbilisi şəhərində yerləşən Gürcüstan Milli Əlyazmalar Mərkəzində qorunub-saxlanılır.
Qalereya
İstinadlar
Xarici keçidlər
Photos of the Pitsunda Cathedral saytında. Photos and background information saytında.
Kateqoriya:Gürcüstandakı gürcü pravoslav kafedralları Kateqoriya:X əsrə aid kilsələr Kateqoriya:Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəni Abidələri