Yavər Abbas qızı Kələntərli () — Azərbaycan xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940).

Həyatı

Yavər Kələntərli 26 mart 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır. 1932–1937-ci illərdə Azərbaycan radiosununun və 1937–1941, 1945–1951-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Leyli, Leylinin anası ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir.

Ailəsi Yavər Kələntərlinin qızlıq soyadı Zamanova olmuşdur. Xudaverdi Kələntərli ilə evlənmişdir. Şair Abbas Səhhət Yavərin doğma bibisi oğlu idi.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940

İstinadlar

Mənbə Yavər Kələntərli Yavər Kələntərli

Xarici keçidlər Yaver Kalantarli — 70 (1972) Yaver Kalantarli — "Shur" Mircəfər Bağırovun bayquş adlandırdığı məşhur xanəndə. kulis.az, 23.04.2014

Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Kələntərlilər Kateqoriya:Azərbaycan teatr aktrisaları