330px|thumb|Buraxılan yapon müharibə əsirləri 1946-cı ildə Yaponiyaya qayıdırlar (Mayzuru, Kioto prefekturası). SSRİ-də yapon müharibə əsirləri – İkinci dünya müharibəsi zamanı SSRİ-nin Mancuriyanı işğal etməsindən sonra SSRİ-nin müxtəlif regionlarındakı düşərgələrə göndərdiyi yapon müharibə əsirləri. Bu hadisə Yaponiyada adı ilə tanınır. İkinci dünya müharibəsindən sonra 560.000-760.000 yapon personal SSRİ-də və Monqolustanda əmək düşərgələrində müharibə əsiri kimi işləməyə məcbur edilmişdir. Onlardan təxminən 60.000-347.000-i əsirlikdə olarkən ölmüşdür.Japanese POW group says files on over 500,000 held in Moscow , BBC News, 7 March 1998UN Press Release , Commission on Human Rights, 56th session, 13 April 2000.POW in the USSR 1939–1956:Documents and Materials Moscow Logos Publishers (2000) (Военнопленные в СССР. 1939–1956: Документы и материалы Науч.-исслед. ин-т проблем экон. истории ХХ века и др.; Под ред. М.М. Загорулько. – М.: Логос, 2000. – 1118 с.: ил.) Anne Applebaum Gulag: A History, Doubleday, April 2003, ; page 431.Introduction online )
Yaponiyadan xaricdə olan 3,5 milyon yapon əsgərinin böyük qismi ABŞ və Homindan Çini tərəfindən silahsızlaşdırılmış və 1946-cı ildə ölkələrinə geri qaytarılmışdırlar. Qərb müttəfiqləri 1941-ci ilin dekabrından 15 avqust 1945-ci ilə kimi (Yaponiyanın təslim olmasına qədər) 35.000 yaponu əsir götürmüşdürlər.Ulrich Straus. "The Anguish of Surrender: Japanese POWs of World War II ". Seattle and London: University of Washington Press, 2003. . SSRİ yapon müharibə əsirlərini nisbətən daha uzun müddət buraxmamış və əmək gücü kimi istifadə etmişdirlər.
Yapon müharibə əsirlərinin tarixi haqqında araşdırmalar ancaq 1980-ci illərindən ikinci yarısında qlasnost və SSRİ-nin dağılması sayəsində mümkün olmuşdur. Bu vaxta qədər SSRİ-dəki müharibə əsirləri haqqında ictimai məlumat ancaq onların sayı ilə bağlı idi. Gizli SSRİ arxivlərinin açılmasından sonra məsələ ictimaiyyətdə müzakirə olunmağa başlamışdır.
Hazırda keçmiş yapon müharibə əsirləri və onların ailə üzvlərindən ibarət təxminən 60 assosiasiya mövcuddur. SSRİ müharibə əsirlərinin siyahısını buraxmamışdır və əsirlikdə ölən müharibə əsirlərinin yaxınlarına onların dəfn olunduqları yerləri ziyarət etmələrinə icazə verməmişdir. Bu, ancaq SSRİ-nin dağılmasından sonra mümkün olmuşdur.
Tarix İlBuraxılan məhkumlarQeydlər 1946 18.616 1947 166.240 1948 175.000 1949 97.000 971-i Çinə transfer edilmişdir. 1950 1,585 2.988-i SSRİ-də qalmışdır. SSRİ-də tutulan yaponların böyük əksəriyyəti özlərini "müharibə əsiri" deyil, "tərksilah edilmiş əsirlər" hesab edirdilər. Çünki onlar Yaponiyanın rəsmi kapitulyasiyasından, başqa sözlə, hərbi konfliktin başa çatmasından sonra silahlarını könüllü şəkildə endirmişdilər. Döyüşdə ikən əsir götürülən yaponların sayı xeyli az idi.Japanese POW in the USSR
Kvantun ordusunun Mancuriyada SSRİ tərəfindən məğlub edilməsindən sonra yapon müharibə əsirləri Mancuriya, Koreya, Cənubi Saxalin və Kuril adalarından Primorsk diyarına, Xabarovsk diyarına, Krasnoyarsk diyarına, Qazaxıstana (Cənubi Qazaxıstan vilayəti və Cambul vilayəti), Buryat-Monqol MSSR-na və Özbəkistan SSR-na göndərilmişdirlər. 1946-cı ildə GUPVİ tərəfindən nəzarət olunan yapon müharibə əsirləri üçün nəzərdə tutulan 49 əmək düşərgəsində təxminən 500.000 məhbus var idi. Bundan əlavə, 2 düşərgə müxtəlif cinayətlər törədənlər üçün nəzərdə tutulmuşdu.
Yapon müharibə əsirlərindən istifadə SSRİ Dövlət Müdafiə Komitəsinin 23 avqust 1945-ci il tarixli və 9898cc saylı "Yapon ordu müharibə əsirlərinin qəbulu, uyğunlaşdırılması və istifadə edilməsi haqqında" () olan qərara əsasən həyata keçirilmişdir.
Yapon əsirlərin böyük əksəriyyəti Baykal-Amur magistralının tikintisində (200.000 əsir, 8 düşərgə), Komsomolsk-na-Amuredə iki dəmiryolu xəttinin tikintisində (2 düşərgə), Sovetskaya Qavanda, Rayçixinsk dəmiryol stansiyasında (Xabarovsk diyarı), İzvestkovaya dəmiryol stansiyasında (Xabarovsk diyarı), Krasnaya Zaryada (Çita vilayəti), Tayşetdə və Novo-Qrişinoda (İrkutsk vilayəti) işlədilmişdir.
Yapon müharibə əsirlərinin qaytarılması 1946-cı ildə başlamışdır.
1950-cı ildən sonra qalanları müxtəlif cinayətlərə görə məhkum etmişdirlər. Bu şəxslərin buraxılması 1953-cü ildə müxtəlif amnestiyalar ilə başlamışdır. 23 dekabr 1956-cı ildə 1025 nəfər yapon müharibə əsirindən ibarət sonuncu böyük qrup buraxılmışdır. Bundan sonra bəzi yapon müharibə əsirləri kiçik qruplar şəklində buraxılmağa davam etmişdir. Bəziləri ancaq 1990-cı illərdə SSRİ-nin dağılmasından sonra azad edilmişdir. Bir neçə on il ərzində buraxılmayan bəzi yapon müharibə əsirləri burada evləndikləri və ailə sahibi olduqları üçün Yaponiyaya qayıtmaqdan imtina etmişdirlər.
Vəziyyət Mövzunun ilk araşdırmaçılarından, İrkutsk Dövlət Universitetinin tarix fakültəsinin dekanı S.Kuznetsov minlərlə məhkumla görüşmüş və sonda bu fikirləri səsləndirmişdir:
thumb|400px|SSRİ-də yerləşən yapon müharibə əsiri düşərgələrinin yerlərini göstərən xəritə.|left Lakin bir çox məhkum Kuznetsovun fikirləri ilə razı deyil və şəxsi mülkün oğurlanması, düşərgədəki zorakı davranışlar, sərt qışlar və çox ağır məcburi əməklə bağlı pis xatirələri var. Bu tənqidçilərdən biri buraxıldıqdan sonra Yaponiyada məşhur müğənni olan Haruo Minami olmuşdur. Minami əmək düşərgəsindəki pis təcrübələrinə görə tanınmış antikommunist olmuşdur.
Yaponların çoxu SSRİ tərəfindən işğal olunmuş Mancuriyada (şimal-şərqi Çin) tutulmuş və SSRİ-dəki düşərgələrə göndərilmişdir. Yaponların çoxu bu düşərgələrdə ölmüşdürlər. Ölüm sayı rəsmi SSRİ mənbələrinə görə 60.000 nəfərdir. 1956-cı ilin dekabrına kimi (müharibədən 11 il sonra) bəzi məhkumlar buraxılmışdır. ABŞ tarixçisi Uilyam F.Nimmoya görə isə bu say 347.000 (254.000 ölü, 93.000 itkin) nəfər təşkil edir. SSRİ-nin rəsmi ölü sayı statistikası və SSRİ işğalı zamanı itkin düşən yaponların sayı arasındakı böyük fərq hələ də Yaponiyada siyasi və diplomatik çəkişmə mövzusudur.
Keçmiş Yaponiya Sağlamlıq və Rifah Nazirliyi, hazırda isə Yaponiya Əmək, Sağlamlıq və Rifah Nazirliyi tərəfindən nəşr olunmuş iki xəritədən ibarət xəritəyə görə SSRİ-də yapon müharibə əsirləri üçün 70-dən çox əmək düşərgəsi var idi.
Keçmiş SSRİ-nin hökumət qeydlərini əldə etmək çətin olduğundan, rəqəmlər keçmiş müharibə əsirlərindən və Yaponiya Əmək, Sağlamlıq və Rifah Nazirliyindən əldə olunur. Yaponiya hökuməti SSRİ-də ölən yapon müharibə əsirlərinin cəsədlərini məzarlarından çıxarmağa davam etdiyindən rəqəmlərdə dəyişiklik ola bilər.
Hazırda thumb|Xabarovsk mərkəzi qəbiristanlığında dəfn olunmuş yapon müharibə əsirləri.|250px Hal-hazırda keçmiş müharibə əsirləri tərəfindən qurulmuş assosiasiyalar müharibə dövründə onlara qarşı olan davranışlara görə kimpensasiya və Yaponiya hökumətindən təqaüd tələb edir.Japanese, Korean, Dutch POWs to hold meeting in Tokyo Rusiyada qalmağı seçənlər, daha sonra qayıtmaq istəyənlər isə Yaponiya bürokratiyası ilə üzləşməli olmuşdurlar. Əsas problem onların statuslarının sənədləşdirilməsidir. 77 yaşlı keçmiş müharibə əsiri Toşimasa Mequro Yaponiyanı ancaq 1998-ci ildə ziyarət etmişdir. O, 8 il əmək düşərgəsində qalmış, buraxıldıqdan sonra isə Sibirdə qalması əmr edilmişdir."Japan's Blossoms Soothe a P.O.W. Lost in Siberia", New York Times, 12 April 1998 Qazaxıstanda yaşayan sonuncu yapon müharibə əsiri isə Tetsuro Ahikodur.
Yapon müharibə əsirləri Sibir və Rusiyanın Uzaq Şərqindəki tarixçilər üçün əsas mövzulardan biri olmuşdur.Internment of Japanese in the USSR in Soviet and Russian historiography Bir çoxu müxtəlif regionlardakı Sovet müharibə əsirlərindən bəhs edən dissertasiyalar hazırlamışdır. 2000-ci ildə içində yaponlar haqqında xeyli məlumat olan SSRİ-dəki müharibə əsirlərindən bəhs edən sənədlər kolleksiyası nəşr olunmuşdur. 2000-ci illərdə Rusiyada yapon müharibə əsirlərindən bəhs edən bir neçə kitab buraxılmışdır.Kasatonova E.L. (2003) "Japanese POW in the USSR: A Big Game of Great Powers" (Yaponskiye voyennnoplennye v SSSR: Bolshaya igra velekikh derzhav) Bondarenko, E. Yu. (2002) "Foreign POWs in the Russian Far East, 1914–1956" Kasatonova, E. L. (2005) "The Last Prisoners of the World War II: Little Known Pages of the Russia-Japan Relations" Yaponiyada isə SSRİ-dəki yapon müharibə əsirlərinin təxminən 2000 memuarı nəşr olunmuşdur.Russia in the Eyes of Japanese Internees
Yapon müharibə əsirləri populyar mədəniyyətdə də mövzu olmuşdur. 1976-cı ildə yapon yazıçı Toyoko Yamasaki "Batmış torpaq" adlı roman yazmışdır. Roman Mancuriyada tutulan bir yapon ordusu zabitinin əsirliyindən və daha sonra ölkəsinə qayıdıb biznesmen olmasından bəhs edir. Roman əsasında 1 film, 2 serial çəkilmişdir. Masaki Kobayaşinin "İnsan şəraiti" epik film trilogiyasının sonuncu hissəsi SSRİ-dəki müharibə əsirlərindən bəhs edir. Kiuçi Nobuo özünün Sovet düşərgələrindəki xatirələrindən bəhs edən "The Notes of Japanese soldier in USSR" adlı onlayn komiks seriyası hazırlamışdır. 2011-ci il istehsalı Cənubi Koreya filmi "Mənim yolum" SSRİ müharibə əsiri düşərgələrinə düşən yapon və koreyalılardan bəhs edir.
Həmçinin bax İkinci dünya müharibəsində yapon müharibə əsirləri Rusiya yaponları
İstinadlar
Xarici keçidlər Yapon əsgərinin SSRİ-dəki qeydləri
Kateqoriya:İkinci Dünya müharibəsində məcburi əmək Kateqoriya:SSRİ–Yaponiya münasibətləri Kateqoriya:Yaponiyanın hərb tarixi Kateqoriya:Müharibə əsirləri Kateqoriya:SSRİ tarixi Kateqoriya:İkinci Dünya müharibəsindən sonra