Məhəmməd ibn Əbdilvəhhab ibn Süleyman ət-Təmimi ən-Nəcdi (; ) – Vəhhabilik dini-siyasi hərəkatının banisi.

Həyatı Məhəmməd ibn Əbdülvahab 1695-ci ildə Osmanlı imperiyasının Ərəbistan yarımadasının Nəcd vilayətinin Üyeynə şəhərində doğulmuşdur.

Təhsili Atası hənbəli məzhəbli alim və Nəcd vilayətinin qazısı olmuşdur. Məhəmməd hələ uşaqlıqdan təfsir, əqaid və hədis kitablarını oxumağa böyük həvəs göstərmişdir. İlk təhsilini atasından almışdır. Hələ uşaqlıqdan bəzi qayda-qanunları və adət-ənənələri qəbul etməmiş, bunları yenilik adlandıraraq inkar etmişdir. İlkin təhsilini Üyeynə də aldıqda sonra Bəsrə, Zübeyr, Əhsa və Hüreymilə kimi şəhərlərə səfərlər emişdir. 1719-cu ildə atası Əbülvahab da Hüreymiləyə gəlmiş və birikdə yaşamışlar. 1733-cü ildə atası vəfat etmişdir. Məhəmməd atasının vəfatından sonra özünün bir çox yeni fikir və ideyaları ilə məşhurlaşmışdır. Bu dövrdən İbn Əbdülvahabın tərəfdarlarına vəhabi adı verilmişdir. Daha sonra Hüreymilədən öz doğma şəhəri Üyeynəyə qayıtmışdır. Həmin vaxt Üyeynə şəhərinə Osman ibn Həmd rəhbərlik etmişdir. Burada Osman ibn Həmdlə Məhəmməd ibn Əbdülvahab arasında mübahisə baş vermişdir. Və nəticədə İbn Əbdülvahab 1740-cı ildə Üyeynədən Nəcdin başqa bir şəhəri olan Dəriyyəyə köçmüşdür. Həmin dövrdə Diriyyə şəhərinə Məhəmməd ibn Səud rəhbərlik etmişdir. İbn Səudla İbn Əbdülvahab arasında sıx əlaqələr yaranmışdır. Əvvəllər Diriyyə şəhərində yoxsulluq və aclıq hökm sürsə də İbn Səud zamanında bu problemlərin hamısı aradan qaldırılmışdır.

Ölümü Məhəmməd ibn Əbdülvahab 1786-cı ildə Osmanlı imperiyasının tərkibində olan Ərəbistan yarımadasında vəfat etmişdir.

İstinadlar

Həmçinin bax Vəhhabilik

Xarici keçidlər Kateqoriya:Sünni imamları Kateqoriya:Antiosmanizm Kateqoriya:Antişiəlik Kateqoriya:İlahiyyat Kateqoriya:İslamşünaslar Kateqoriya:Kult liderləri Kateqoriya:Pages using collapsible list with both background and text-align in titlestyle Kateqoriya:Səudiyyə Ərəbistanı siyasətçiləri Kateqoriya:Səudiyyə Ərəbistanı tarixi Kateqoriya:Vəhhabilər Kateqoriya:XVIII əsr şəxsləri Kateqoriya:Müctəhidlər Kateqoriya:Hənbəlilər Kateqoriya:XVIII əsr müsəlman teoloqları