thumb|300px|Plaza Mayor. 1593-cü ildə əsgərin buraya teleportasiya olduğu iddia edilir. Şəkil 1836-cı ildə çəkilmişdir.

1593 teleportasiya olmuş əsgər əfsanəsi — bir xalq əfsanəsinə görə, 1593-cü ilin oktyabr ayında İspaniya imperiyasının əsgərlərindən biri müəmmalı formada Maniladan Mexikodakı Plaza Mayora (indi Konstitusiya meydanı) teleportasiya olmuşdur. Əsgərin Filippindən gəldiyi iddiası, Qomez Perez Dasmarinasın aylar sonra bu xəbər ilə Sakit okeanı keçən bir gəmi sərnişini tərəfindən təsdiq edilməsinə qədər meksikalılar tərəfindən rədd edildi. Folklorist Tomas Alliboun Cenvayr 1908-ci ildə əfsanəni "Meksika şəhərinin əhalisinin bütün təbəqələri arasında aktual" olaraq təsvir etdi.Janvier 1908, p.66 XIX əsrdə yaşayan paranormal araşdırmaçılar, hekayəyə inam verən, teleportasiya və yadplanetlilər tərəfindən qaçırılma kimi açıqlamalar verdilər.

Hekayə Əsgər 24 oktyabr 1593-cü ildə Filippinin Manila şəhərinin Ümumi kapitanlığının tərkibində Qubernator sarayını mühafizə edirdi. Daha əvvəlki gün qubernator Qomez Perez Dasmarinas, Çinli piratlar tərəfindən öldürüldü, lakin gözətçilər hələ də sarayı qoruyurdular və yeni bir qubernatorun təyin olunmasını gözləyirdilər. Əsgərlərdən biri əsəbi və tükənmiş hiss etməyə başladı. Divara söykəndi və dincəlmək üçün gözlərini bağladı.

Bir neçə saniyə sonra gözlərini açanda özünü Meksikada, okeanın minlərlə kilometr uzaqdakı digər sahilində tapdı. Ordakı bəzi mühafizəçilər onu səhv uniformada gördülər və onun kim olduğunu soruşmağa başladılar. Onda Filippin qubernatoruna edilən sui-qəsd Meksikadakı insanlara hələ də məlum deyildi. Teleportasiya olan əsgərin saray mühafizəçilərinin Maniladakı uniformanı geyindiyi və ölümünü bildiyi bildirildi. (Əslində, Perez Dasmanrinasda dənizdə Maniladan bir az uzaqda öldürüldü.)

Hökumət onu tərk edilmiş olduğuna görə və şeytanın köləsi olmaqla günahlandıraraq həbs etdilər. Bir neçə ay sonra, qubernatorun ölümü ilə bağlı xəbər Filippindən bir gəmi ilə Meksikaya çatdı. Sərnişinlərdən biri həmin əsgəri tanıdı və qubernatorun ölümündən bir gün sonra onu Filippində gördüyünü söylədi. Nəhayət, hökumət tərəfindən həbsxanadan azad edildi və evə getməsinə icazə verildi.

İnkişaf Meksikada yaşayan Amerikalı folklorşünas Tomas Allibone Cenvayr, Harper's jurnalının dekabr 1908 tarixində çıxan sayında hekayəni Yaşayan kabus əfsanəsi, əsgəri isə Gil Perez olaraq adlandırdı. Hekayə 1910-cu ildə toplanmış bir həcmdə nəşr olunan Meksika Şəhərinin əfsanələri adlı bir seriya idi. Cenvayr qeyd edir ki, oxşar motivlər folklorda yayılmışdır. Vaşinqton İrvinqin Alhambra hekayələri kitabında əfsanəyə bənzər bir şey olan "Qubernator Manço və Əsgər" hekayəsi mövcuddur.Janvier 1910, p.159

Cenvayrın 1908-dəki hesabı, 1900-cü ildə "Un aparecido" başlığı altında dərc edilmiş "México viejo: noticias históricas, tradiciones, leyendas y costumbres" kolleksiyasında nəşr olunan, Meksikalı folklorşünas Luis Qonzales Obreqonun yaratdığı ispanca versiyaya əsaslanır. Obreqon, hekayəni gerçək olaraq göstərən İspaniya fatehlərindən olan Fray Qaspar de San Avqustinin hekayəsini 1698-ə qədər izləyir. San Avqustin əsgərə ad vermir və cadugərlik üçün nəqlini təsdiqləyir.de Morga 1890, p.31 (fn.2)

Cenvayr deyir ki, Obreqon 1609-cu ildə Antonio de Morqanın Perez Dasmarinasın ölümünün Meksikada həmin gün yayıldığını yazmışdır, buna baxmayaraq Morqanın bunun necə olduğunu bilmədiyini ifadə etmişdir.Janvier 1910, pp.159–160de Morga 1890, p.36 (fn.1) Xose Risal, İspaniya Filippinindən gələn digər bir çox möcüzəvi hekayəyə diqqət çəkir. Luis Vekman, İspan Mexikosu ilə əlaqəli olaraq eyni nöqtəni ortaya qoyur. Obreqonun varisi Artemio de Valle Arizpenin 1936-cı il kolleksiyası olan "Historias de vivos y muertos"-da "Por el aire vino, por la mar se fue" başlıqlı hekayənin bir versiyası mövcuddur.

Bir neçə yazıçı hekayə üçün paranormal versiyalar irəli sürmüşdür. Morris Cessap və Brinsli Li Poer Trenç yadplanetlilər tərəfindən qaçırılma ola biləcəyini, Kolin Vilson, və Qari Blekvud isə teleportasiya ola biləcəyini demişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Teleportasiya Kateqoriya:Meksika əfsanələri