Düyərli — Azərbaycan Respublikasının Şəmkir rayonunun Düyərli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Zəyəm çayının (Kurun qolu) sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim oğuzların düyər tayfasının adını əks etdirir. Səlcuq oğuzlarının yürüşlərində fəal iştirak etmiş düyərlərin adı Türkiyə və Türkmənistan toponimiyasında da əks olunmuşdur."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi Kənd əhalisi 7920 nəfərdir ki, onunda 3956 nəfəri kişi, 4964 nəfəri isə qadınlar təşkil edir.

Etimologiyası Düyərli adının mənşəyi Ağqoyunlu kondefederasiyasına aid olan Döger/Döyer tayfalarından gəlir.WOODS, John E. The Aqquyunlu: Clan, Confederation, Empire . University of Utah Press, 1999. Azərbaycan Türkcəsində g~y səsləri arasında keçid çox yayılıb, igirmi–iyirmi sözündə olduğu kimi.

Düyərli sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan birinə görə "dü" iki, "ər" isə mərd, igid mənalarında işlənir. Rəvayətə görə vaxtilə Düyərli kəndini iki igid düşmənlərdən qorumuşdur. Elə o vaxtdan kəndin adı Düyərli olmuşdur. Bir fərziyyəyə görə isə Düyərli sözü "dəyərli torpaq" mənasını verir. Digər bir fərziyyəyə görə türk mənşəli "Dügər" tayfalarının adı ilə bağlıdır. Bu fərziyyə daha real görünür. Çünki eyni adlı kənd Tərtər rayonunda da mövcuddur. Bu da onu təsdiq edir ki, bu tayfalar həmin ərazidə də yaşamış və kəndlər belə adlanmışdır.

İqtisadiyyatı Kənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğuldur.

İstinadlar

Kateqoriya:Şəmkir rayonunun kəndləri