Mehman Cavadoğlu () — yazıçı

Həyatı Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1978–1988-ci illərdə "Sovet kəndi" qəzetinin müxbiri və şöbə müdiri vəzifələrində çalışıb. 1988-ci ildən Azərbaycan Xalq Hərəkatına qoşulub. 1989-cu ildən — Azərbaycan Xalq Cəbhəsi yaranan vaxtdan onun üzvü olub. Həmin il AXC-nin xüsusi bülletenlərinin, 1990-cı il 20 yanvar hadisələrindən sonra qeyri-leqal şəkildə nəşr olunan "FV-ÇP" qəzetinin nəşr olunmasında iştirak edib. 1991–1992-ci illərdə "Müxalifət" qəzetinin redaktoru olub. 1991-ci ildə AXC Ali Məclisinin üzvü seçilib. 1992-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru təyin edilib. Həmin ilin sentyabrında "Həyat" qəzetinin bazasında 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin bərpa prosesinə rəhbərlik edib və 1993-cü ilin iyun ayına kimi həmin qəzetin baş redaktoru olub. 1993-cü ilin avqust ayından Müsavat Partiyasının üzvüdür. Həmin ilin sentyabr ayında partiyanın Divan üzvü və Mətbuat və İnformasiya məsələləri üzrə katibi seçilib. 1996–1998-ci illərdə müstəqil "Rezonans" qəzetinin baş redaktoru olub. 2001-ci ildə Müsavat Partiyasının 6-cı qurultayında partiya idarəçiliyində həyata keçirilən struktur dəyişikliyindən sonra Müsavat başqanının müavini təyin olunub. 2004-cü ildə təsis olunmuş Demokratik İslahatlar Mərkəzinin sədridir. Jurnalist fəaliyyətinə görə "Qızıl qələm" və "Müstəqillik dövrünün jurnalisti" mükafatlarını alıb, rəhbərlik etdiyi "Rezonans" qəzeti və Müsavat Partiyasının mətbuat xidməti isə Yeni Nəsil Jurnalistlər Birliyinin "Media açarı" mükafatına layiq görülüb.

Xarici keçidlər "İNSAN ÖMRÜ BOYU BƏDBƏXT OLA BİLƏR, AMMA ÖMRÜ BOYU XOŞBƏXT OLMAQ MÜMKÜN DEYİL"

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Müsavat Partiyasının üzvləri Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi üzvləri Kateqoriya:Müsavat Partiyasının başqan müavinləri Kateqoriya:"Azərbaycan" qəzetinin baş redaktorları Kateqoriya:Müsavat Partiyasının katibləri Kateqoriya:Müsavat Partiyası Divanının üzvləri