"Syatko" () — Saransk da nəşr olunan ədəbi-bədii, ictimai-siyasi jurnal. Sovet dövründə RSFSR Yazıçılar Birliyinin əsas mətbuat orqanlarından biri. Jurnalın nəşri Erzyan dilində həyata keçirilir.
Tarixi Jurnal 1929-cu ildən Samarada, ayda bir dəfə olmaqla buraxılır. Jurnalı nəşr etmək qərarı 1928-ci il aprelin 5-də Ümum-Rusiya Partiya İşçilərinin Konfransında qərara alınır. Syatkonun ilk sayı Samara şəhərində yerləşən Orta Volqo Regional Partiya Komitəsi, Mordoviya bölməsinin aktiv yardımı ilə ərsəyə gəlmişdir. 1930-cu ilin yanvarında Mordoviya muxtar vilayətinin təşkili ilə jurnal Saranskda buraxılmağa başlanılır.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 26 iyun 1941-ci il qərarı ilə 5 iyul 1941-ci ildə Komunist partiyası Mordoviya Regional Komitəsi Bürosunun iclasında Mordoviya MSSR-in Yazıçılar Birliyinə "Syatko" jurnalının dərc edilməsini xüsusi təlimat verilənə qədər dayandırmaq göstərişi verilir.
1946-cı ilin yanvarından 1956-cı ilin may ayına qədər jurnalın əvəzinə ədəbi və incəsənət almanaxı olan "İznyamo" ("Qələbə") nəşr olunmuşdur. 1956-cı ilin iyun ayından jurnal "Suran told" ("Sur oçaqları") adı ilə dərc olunmağa başlayır. Jurnalın ilkin adı olan "Syatko" ona 1956-cı ilin yanvarında qaytarılır. Jurnal iki ayda bir dəfə dərc olunmağa başlanılır. 1991-ci ilin noyabrından isə ayda bir dəfə dərc edilir.
Jurnalın təsisçiləri: 1990-cı ilin dekabrına kimi — Mordoviya Muxtar Sovet Sosialist Respublikası yazıçılar İttifaqı, 1991-ci ilin yanvarından 1999-cu ilin mayına kimi — Mordioviya Yazıçılar Birliyi və redaksiya kollektivi, 1999-cu ilin iyun ayından 1999-cu ilin dekabrına kimi — Mordoviya Respublikası hökuməti və redaksiya kolektivi. 2000-ci ilin yanvarından təsisçi Mordoviya Respublikası hökumətidir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 6 mart tarixli fərmanı ilə jurnal "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Müxtəlif illərdə "Syatko" jurnalına rəhbərlik etmişdir: D. İ. Qrebensov (1929–08.1931) K. D. Zvezdin (09.1931–08.1932) A. M. Lukyanov (09.1932–08.1933) A. D. Kutorkin (09.1933–12.1933) F. A. Poteşkin (01.1934–04.1935) İ. İ. Prokin (05.193–1-.1935) A. D. Kutorkin (11.1935–12.1937) D. F. Uçayev (01.1938–05.1939) N. İ. Filippov (06.1939–06.1941) N. L. İrkayev (01.1956–04.1958) S. E. Veçkanov (05.1958–08.1959) A. D. Kutorkin (09.1958–06.1959) A. K. Martınov (07.1959–10.1963) E. İ. Pyayayev (11.1963–12.1966) A. S. Şeqlov (01.1967–12.1971) A. K. Martınov (01.1972–06.1977) İ. A. Kalinkin (07.1977–05.1984) A. M. Doronin (06.1984–01.2000) A. V. Arapov (2000–14.06.2011) — M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu, Mordoviyanın əməkdar şairi.
Bugünkü gündə jurnalın baş redaktoru T. V. Razqulyayevdir — Rusiya Jurnalistlər İttifaqının üzvü, Mordoviyanın Əməkdar mədəniyyət işçisi.
İstinadlar