Həyat naminə — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri.
Haqqında Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1963-1965-ci illərdə çəkdiyi müharibəyə qarşı, soyuq və sərt rəsm əsəri. Şəkildə həbs düşərgəsindən uşağı çıxarmaq üçün öz bədənləri ilə tikanlı məftilləri qoparan əsirlər təsvir olunub. 1965-ci ildə bu rəsm əsəri Bakıda keçirilmiş "Sülhün keşiyində" respublika bədii incəsənət sərgisində nümayiş etdirilmişdir.
Nərimanbəyov bu əsərində insanların xoşbəxtliyi üçün canından keçmək qətiyyətini özündə göstərən fədakar igidlik mövzusunu davam etdirir. Həm də qeyd olunur ki həm tutumuna həm də rəsmin koloritinə görə alleqorik məzmun daşıyan bu əsər faşizm qurbanlarını da yad edir.
Qriqori Anisimov yazır ki, rəsm əsərində həyəcanlı qəhrəmanlıq melodiyası səslənir. Və bu əsərdə Meksika monumentalistlərin təcrübəsi hiss olunur. Anisimov isə qeyd edir ki, bu rəsm əsərinin pafosu inqilabi romantikanın pafosudur.
Həmçinin bax Ana Mahnı Muğam
İstinadlar
Kateqoriya:Toğrul Nərimanbəyovun rəsm əsərləri Kateqoriya:Müharibə əleyhinə rəsm əsərləri Kateqoriya:Alleqorik rəsm əsərləri