thumb|200px|Bismark (solda) və Roma Papası (sağda). "Kladderadatsch" Almaniya satirik jurnalı. 1875-ci il.
Mədəniyyət müharibəsi — istifadə edildiyi ərazi və tarixdən asılı olaraq, fərqli mənalara sahib termin. İlkin olaraq, termin Qərb dünyasında ənənəçi, klassik liberal və ya mühafizəkar dəyərlər ilə sosial-demokrat, tərəqqipərvər və ya sosial liberal dəyərlər arasındakı münaqişəyə aid edilir. Mədəniyyət müharibələri bütün dünya cəmiyyətlərində tarix, elm və digər mövzular üzrə debatlara səbəb olmuşdur.
Mədəniyyət müharibəsi termini Kanadada Qərbi və Şərqi Kanada, şəhər və şəhərətrafı ərazilərdə, mühafizəkarlıq və liberallıq arasındakı fərqliliyi təsvir etmək üçün istifadə edilir. Ölkələdə fransızdilli və ingilisdilli əhalinin bölünməsi də Kanada cəmiyyətinin inteqral hissəsi idi.
Mənşə Mədəniyyət müharibəsi termini alman dilindəki () sözünün hərfi tərcüməsidir (kalka). sözü 1871-ci ildən 1878-ci ilə qədər davam edən Almaniya imperiyasının kansleri Otto fon Bismark rəhbərliyindəki mədəni və dini qruplar ilə Roma Katolik Kilsəsi arasındakı münaqişəyə aid edilir. Mədəniyyət müharibəsi sözünün ingilis dilindəki hərfi tərcüməsi – termini dövrün ABŞ qəzetlərində nəşr olunmuşdur.
Həmçinin bax Sekulyarizm Ölüm cəzası Seksual inqilab Qlobal istiləşmə
İstinadlar
Xarici keçidlər
Focus on the Family, A Look at the Sexual Revolution in the United States
Kateqoriya:ABŞ mədəniyyəti Kateqoriya:Mədəni siyasət Kateqoriya:Sosiologiya Kateqoriya:Cəmiyyətdə münaqişə