ETİ — 1962-ci ildə Firuz Qanadlı tərəfindən Əskişəhərdə yaradılıb. Biskvit, peçenye, keks, tort, şokolad, vafli, uşaq yeməyi və hazır ərzaq məhsulları istehsal edərək, hal-hazırda Dünya şirkətləri ilə yarışa girib. Şirkət loqosunda olaraq Het Günəş Simvolundan istifadə edir. Həmçinin şirkət, Əskişəhərsporun da baş sponsoru mövqeyindədir.

Məhsulları Türkiyədə 1962-ci ildən bu yana ərzaq məhsulları istehsalında ilk sıralarda gələn ETİ adı ilə bütünləşmiş krekerlər və səhər yeməyi, şokoladlar və şokoladlı məmulatlar, biskvitlər və vaflilər, körpə məhsulları ilə kekslər və tortları ilə məşhurdur. Türkiyənin ilk lifli biskviti Burçak, ilk hazır qızarmış çörəyi Etimek, ilk sənaye istehsalı tortu, ilk qablaşdırılmış piroqu Turdu, ilk qlütensiz biskviti Pronot və ilk yaş tortu Browni kimi məhsullarla ilklərə imza atıb. 1970-ci illərdə nəşr olunan ETİ reklamındakı Oqtay Tem tərəfindən bəstələnən "Bir Sirrim Var" mahnısı ilə ETİ məhsulları məşhurluğunu daha da artırmışdır.

İstinadlar

Həmçinin bax ETİ Rəsmi veb səhifəsi

Kateqoriya:Türkiyə şirkətləri Kateqoriya:1962-ci ildə yarananlar Kateqoriya:Türkiyə brendləri