Təntənəli mərasimlər sarayı və ya Nikah sarayı () — 1985-ci ildə Tbilisi şəhərində memarlar Viktor Corbenadze və Vaji Orbeladzenin layihəsi əsasında bionik memarlıq üslubunda inşa edilmiş saraydır.
Tarixi Binanın inşasına 1980-ci ildə Viktor Corbenadze və Vaji Orbeladzenin layihəsi əsasında başlanılmış və inşaat işləri 1985-ci ildə tamamlanmışdır. Bina ilkin olaraq təntənəli nikah mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur.
Gürcüstanın SSRİ tərkibindən çıxmasından sonra saray istifadəsiz və tərk edilmiş vəziyyətdə qalmışdır. 2002-ci ildə iş adamı Badri Patarkaçişvili sarayı alaraq yaşayış binasına çevirmişdir. Bundan sonra saray sahibinin adı ilə həm də Arkadi sarayı ilə tanınmağa başlamışdır. 2008-ci ildə vəfat edən Patarkaçişvili sarayın bağında dəfn edilmişdir.
Memarlıq xüsusiyyətləri Sarayın memarlıq üslubunu tez-tez müasir kilsə memarlığı ilə müqayisə edirlər. Məsələn, "Citizen K" jurnalınının baş redaktoru Frederik Şoben yazır: "Tbilisidəki Təntənəli mərasimlər sarayı sanki illüzor dünyadan gəlmiş kafedraldır." Mütəxəssislər Corbenadze və Orbeladzenin sarayın inşası zamanı istifadə etdikləri stilistik həlləri, Le Korbuzye və Oskar Nimeyer modern kafedral tikililəri ilə müzakirə edirlər.
Həmçinin binanın inşası zamanı bionik memarlığın əll yollarından da istifadə edildiyi qeyd edilir.
İstinadlar
Ədəbiyyat Архитектура Тбилиси / Квирквелия Т. Р. — М.: Стройиздат, 1984. — 311 с. — 17 500 экз. Kateqoriya:1985-ci ildə yarananlar Kateqoriya:Tbilisinin görməli yerləri Kateqoriya:SSRİ memarlığı Kateqoriya:Tbilisi memarlığı Kateqoriya:Tbilisi tikililəri Kateqoriya:Modern memarlıq Kateqoriya:Gürcüstan sarayları