Bank of Georgia baş ofis binası () və ya Gürcüstan SSR-in avtomobil yolları nazirliyinin binası () – 1975-ci ildə Tbilisi şəhərində memar Georgi Çaxava və Zurab CalaqxanininUdo Kultermann. Zeitgenössische Architektur in Osteuropa. — Köln: DuMont Buchverlag, 1985. — P. 59f. — 254 p. — ISBN 978-3-7701-1554-9. layihəsi əsasında inşa edilmiş memarlıq abidəsidir. Hazırda bina Bank of Georgiaya məxsusdur və inzibati bina kimi istifadə edilir.
Tarixi
Binanın layihələndirilməsi zamanı Georgi Çaxava yol tikintisi naziri olduğuna görə, həm sifarişçi, həm də sifarişi yerinə yetirən tərəf kimi çıxış edirdi. Binanın inşası üçün yeri də memar özü seçmişdi. Sifariş, müsabiqə keçirilmədən birbaşa dövlət sifarişi ilə həyata keçirilmişdir. Bütün SSRİ dövründə, bina, Gürcüstan ərazisində individual layihələndirilmiş azsaylı binalardan biri olaraq qalmışdır. Layihənin hazırlanmasında memarlar G. Çaxava və Z. Calaqxani, mühəndislər T. Txilava və A. Kimberq iştirak etmişlər. İnaşaat xərcləri 6 milyon rubla bərabər olmuşdur.Information per email from George Chakhava (Junior) and Nino Kandelaki.
1981-ci ildə layihəçi və inşaatçılar SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüşlər.Кодуа А. Поздравляем лауреатов // Автомобильные дороги. — М., 1981. — № 6. — С. 22.
2007-ci ildə bina milli memarlıq abidəsi elan edilmiş və dövlət tərəfindən müvafiq qaydalar əsasında mühafizəyə götürülmüşdür. 2009-cu ildə unikal memarlıq layihəsinin 15 600 m2 genişləndirilməsi planı hazırlansa da, plan həyata keçirilməmişdir.
Memarlıq xüsusiyyətləri
Bina, Kür çayının qərb sahilindəki sərt enişdə qərb-şərq istiqamətində yerləşmidir. Binanın əhəmiyyətli dərəcədə böyük hissəsi yerdən hündürdədir və binanın altında xüsusi təbiət ladşaftı, o cümlədən, kiçik çay qolu yaradılmışdır. Uzaqdan aydın görünən binanın yaxınlığından şəhərin şimalına aparan üç iri magistral keçir. Binanın girişləri onun ən yuxarı və ən aşağı hissələrində yerləşdirilmişdir.
Konstruksiya, sanki bir-birinin üstünə yığılmış kimi görünən beş ədəd iki mərtəbəli kəsişən riqellərdən ibarətdir. Onlardan üçün şərqdən qərbə uzanaraq enişi kəsir, ikisi isə şimaldan cənuba uzanır və yamacı kəsir. Onlar, aşağıda yerləşən riqellər üzərində ucaldılmışdır.
İki mərtəbəli horizontan riqellər üç nöqtədən bir-birinə bərkidilmişdir. Binanın içində hən pilləəkən, həm lift sistemlər quraşdırılmışdır. Binanın ən hündür yeri on səkkiz mərtəbəyə malikdir. Beton və poladdan hazırlanmış daşıyıcı konstruksiyalar təməldə yerləşən nəhəng qayaya söykənir. Bina, 10 960m2 sahəyə malikdir.
Bina, “şəhər ərazi” adlanan və patentləşdirilmiş (Patent № 1538) memarlıq formasına malikdir. İdeya, əyri meşə ağacı kimi binanın altında da mümkün qədər çox torpaq sahəsinin saxlanması və floranın həmin ərazidə mövcudluğunun təmin edilməsinə əsaslanır. Proqram meşə prinsipinə əsaslanır və binanın qayaya keçən təməlləri ağacların torpağa keçən kökünü xatırladır. Ağac çətiri və torpaq arasında işıqlı, boş ərazilərin olduğu kimi, binanın təməli və yuxarı hissəsi arasında da landşaftn yaradıldığı belə sahə saxlanılır. Belə prinsipin istifadəsində əsas məqsəd şəhər sakinlərini yaxşı psixi və fiziki özünühissə kökləməkdir. Sonradan Çaxava həmin prinsipi başqa layihələrində tətbiq etsə də, həmin layihələr reallaşdırılmamışdır.
İdeyanın mənşəyi və başqa memarların layihələri Dirək üzərində ucaldılan və birinci mərtəbəsi boş olan binalar 1930 - Narkomfin binası (memarlar Moisey Ginzburq və İqnati Milinis) 1947 - Yaşayış vahidi (memar Le Korbuzye) Landşaft üzərində asılmış binalar 1936-1939 – Şəlalə üzərində ev (memar Frenk Lloyd Rayt) Qlen Myörkattın “touch the earth lightly” nəzəriyyəsi 2004-2006 – Branli sahil muzeyinin binası (memar Jan Nüvel)
Layinə, rus konstruktivistlərinin 1920-ci illərdəki fəaliyyəti ilə sıx əlaqəlidir. Memar Lazar Lisitskiynin 1924-cü ildə layihələndirdiyi “horizontal göydələnlər” layihəsi, ofis ərazilərinin vertikal və horizontal konstruktiv elementlərə bölünməsi ilə Çaxavanın layihəsini xatırladır. Oxşar “horizontal göydələnlər” ənənəvi göydələn ideyasının əksi kimi işlənmişdi.Werner Müller, Gunther Vogel. dtv-Atlas Baukunst. 2, Baugeschichte von der Romanik bis zur Gegenwart. — München: Dt. Taschenbuch-Verl., 2012. — Bd. 2. — S. 509. — ISBN 9783423030212
Betondan istifadə və aydın həndəsi formalarına görə, binanın memarlıq stilini brutalizm kimi müəyyənləşdirmək olar. “Şəhər ərazi” layihəsi isə, özlüyündə strukturalizmə istinad edir. Həmin iki stilin inkişaf etdiyi digər ölkələrdə də oxşar strukturlar yaradılmışdır. Buna misal olaraq, memar Kenzo Tanqenin Kofunun Yamanası prefekturasındakı “Mətbuat və radiokomunikasiya mərkəzi”, Kaqava prefektura gimnaziyası binası, Kaqava prefektura ofis binası, Moşe Safdinin “Habitat 67” kompleksini göstərmək olar. Tikilini həm də metabolizm stilinə aid etmək olar ki, bu zaman da, onun ən yaxın analoqu kimi, memar Kisyö Kurokavanın Nakagin Capsule Tower binasını qeyd edə bilərik.
İstinadlar
Ədəbiyyat Чахава Г. Дома на башенных опорах // Архитектура СССР. — 1974. — № 8. — С. 60. Drexler Arthur. Transformations in modern architecture. — 1979. — 168 с. — ISBN 978-0-87070-608-0. Kultermann Udo. Zeitgenössische Architektur in Osteuropa. — Köln: DuMont Buchverlag, 1985. — 254 с. — ISBN 978-3-7701-1554-9.
Kateqoriya:Modern memarlıq Kateqoriya:Tbilisi tikililəri Kateqoriya:1975-ci ildə tamamlanmış binalar və tikililər Kateqoriya:Brutalist memarlıq Kateqoriya:Tbilisinin görməli yerləri Kateqoriya:Gürcüstan memarlığı