Atilla Jozef (; ) — Macarıstan şairi.

Həyatı left|thumb|280px|Macarıstandanın Seqed Universitetində qoyulan heykəli Budapeştdə dünyaya gələn Jozef çətin bir uşaqlıq və yeniyetməlik dövrü keçirib. Kasıb bir ailənin üç uşağından biri idi. Atası sabunçu, anası isə xidmətçi idi. Atası şair üç yaşında ikən evi tərk etdi və Amerikaya qaçdı. Digər iki qardaşı ilə birlikdə analarının onlara baxmaq üçün fasiləsiz işləməsinə və sonda yorğunluqdan xəstələnməsinə şahid oldular. Anası xəstələndiyi üçün Macarıstan Uşaqlara Yardım Dərnəyi tərəfindən Ocsöd kəndindən bir ailəyə övladlığa verildi. Övladlığa verildiyi ailə Jozefi donuzlara baxmağa məcbur etdi və ona Pişta adını qoydu.

Orada 7 yaşına qədər yaşadı. Daha sonra isə, anası sağaldıqdan sonra yenidən onun yanına qayıtdı və onun ölümünə qədər evə kömək etmək üçün müxtəlif işlərlə məşğul oldu. Məsələn, teatrlarda su satdı. 14 yaşında anası vəfat etdi. Attila Jozef şizofren idi və ömrü boyunca bir neçə dəfə intihar etmək istəmişdi. İlk dəfə intihara təşəbbüsü 9 yaşında etmişdir.

Yazıçılıq dövrü Bu dövrdə özünü oxumağa və yazmağa həsr edən Jozefin ilk şeirləri yerli qəzetlərdə dərc olunmağa başladı. O dövrdə ölkənin ən önəmli ədəbi jurnalı olan Nyuqatda şeirləri dərc olundu. 17 yaşında ilk şeir kitabı olan "Gözəllik dilənçisi" əsəri çap olundu. Bu kitabda yer alan "Baş Qaldıran İsa" şeirində Tanrını təhqir etməsi ittihamı ilə haqqında cinayət işi açıldı.

20 yaşında isə ikinci şeir kitabı olan "Hayqıran mən deyiləm" çap olundu. Kitabda yer alan bir şeirə görə universitetdən qovuldu. Universitetdən qovulmasının səbəbi isə faşizmin mövcud olduğu ölkədə bu kitabın inqilabçı kimi qiymətləndirilməsi idi. Bir professor tərəfindən ilk öncə Vyana Universitetində, daha sonra isə Sorbonda təhsilini davam etdirdi. Hər iki universiteti də bitirə bilmədi. Ölkəsinə döndü və Budapeşt Universitetində təhsil almağa başladı. Universitetdə Marto Vaqo adlı qadınla tanış oldu və ona aşiq oldu. Varlı ailənin qızı olan bu qadınla aralarındakı təbəqə fərqinə baxmayaraq bir-birilərini sevirdilər. Ruhi vəziyyəti yaxşı olmayan Jozef bu sevginin çətinlikləri ilə mübarizə apara bilmədi və nəticədə uzun müddət xəstəxanada müalicə aldı.

Siyasi fəaliyyəti 1930-cu ildə Macarıstan Kommunist Partiyasına üzv oldu. Ölkədə faşizmin hökm sürdüyü dövrdə partiya işlərində fəal iştirak edirdi. Qısa müddətdən sonra partiya ilə arasında fikir ayrılığı yarandı və bir bəhanə ilə partiyadan qovuldu. 1931-ci ildə ruhi problemlər yaşadığı dövrdə çap olunan "Yaz Gecələri" kitabının nəşri qadağan olundu. 1932-ci ildə "Kənar məhəllədə gecə", 1936-cı ildə "Çox incidir" adlı kitabları dərc olundu. 1935-ci ildə yenidən xəstəxanaya aparıldı.

Ölümü Şizofreniya diaqnozu qoyulan Jozef 1937-ci ildə özünü qatarın altına ataraq intihar etdi.

Həmçinin bax Nyuqat

İstinadlar

Xarici keçidlər

Winter Night: Selected Poems reviewed Meeting Attila József General Introduction Tableau – 2005 in the homepage of Laszlo Forizs Five poems of Attila József translated by László Fórizs Selected Poems in English (1) Selected Poems in English (2) Poems in English

Five poems

Kateqoriya:Macarıstan şairləri Kateqoriya:XX əsr Macarıstan şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Qatar ilə intihar edənlər