Günəş Əlisaf qızı Abbasova () — Azərbaycan əsilli Belarus müğənnisi.
Həyatı Günəş Abbasova Belarusun Baranoviçi şəhərində anadan olub. Müxtəlif beynəlxalq müsabiqələrdə çoxsaylı mükafatlar qazanıb: “Yantarnaya zvezda-2003” musiqi müsabiqəsinin (Yurmala, Latviya) çərçivəsində gənc ifaçıların beynəlxalq müsabiqəsinin Qran-Prisi, 2005-ci ildə “Slavyanskiy bazar v Vitebske” (Belarus) Beynəlxalq İncəsənət festivalı çərçivəsində gənc estrada ifaçılarının müsabiqəsində ikinci mükafat, “Pesnya qoda Belarusi-2005” televiziya müsabiqəsinin payız mərhələsində qələbə qazanıb.
İstinadlar
Kateqoriya:Belarus müğənniləri Kateqoriya:Belarus azərbaycanlıları Kateqoriya:XXI əsr müğənniləri