Şuşa, Peterburq və Paris xatirələri — türkçülük ideologiyasının banilərindən biri, müsəlman şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun xatirələrini, yazılarını, Atatürkə məktublarını, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər, sənədləri özündə toplayan kitab.
Haqqında Kitab 2019-cu ildə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin şərəfinə Dilqəm Əhməd tərəfindən tərtib edilib, Çapar Nəşriyyat evi tərəfindən nəşr olunub. Kitabda Azərbaycan və Türkiyənin böyük mütəfəkkiri, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun xatirələri, yazıları, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər, sənədlər dərc edilib. Kitaba həmçinin Mustafa Kamal Atatürkə yazdığı iki məktubu da əlavə edilib.
Həmçinin bax Üç mədəniyyət Sərbəst insanlar ölkəsində Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu
İstinadlar
Xarici keçidlər Kitabı oxumaq üçün keçid
Kateqoriya:2019-cu ilin kitabları