Macarıstan Elmlər Akademiyası ( (MTA)) — Macarıstanın ən önəmli və prestijli elmi təşkilatı. Budapeştdə Dunay çayının sahilində yerləşir. Onun əsas vəzifələrinə elmin inkişaf etdirilməsi, elmi tapıntıların yayılması, tədqiqat və inkişafı dəstəkləmək və Macarıstan elmini ölkə daxilində və dünyada təmsil etməkdir.

Tarixi Akademiyanın tarixi 1825-ci ildə İştvan Seçeninin Bratislavada elm cəmiyyətin məqsədlərini həyata keçirtmək üçün əmlakının bir illik gəlirini təklif etdiyi vaxtdan başlayır. İştvandan sonra bir sıra insanlar onun yolunu davam etdirdilər. Məqsədi Macarıstanın inkişafı və ölkədə elm və sənətin öyrənilməsi və yayılması kimi göstərildi. Müəssisə hazırkı adını 1845-ci ildə aldı.

Mərkəzi binası 1865-ci ildə Neointibah memarlığı üslubunda inşa edilmişdir. Binanın memarı Fridrix Avqust Ştüler idi.

Macarıstan Milli Elmlər Akademiyasının bölmələri thumb|280px|Akademiyanın hazırkı prezidenti Laslo Lovas. Daha əvvəl Beynəlxalq Riyaziyyat Birliyinin sədri vəzifəsində çalışmışdır. thumb|300px|İştvan Seçeni elm cəmiyyətin məqsədlərini həyata keçirtmək üçün əmlakının bir illik gəlirini təklif edir.

Elmi bölmə Akademiyanın bir və ya bir neçə əlaqəli elm filialları tərəfindən təşkil olunan bir hissəsidir.

Macarıstan Elmlər Akademiyasının hazırda on bir əsas bölməsi var:

I. Dilşünaslıq və ədəbiyyat bölməsi II. Fəlsəfə və tarix elmləri bölməsi III. Riyaziyyat bölməsi IV. Kənd təsərrüfatı elmləri bölməsi V. Tibb elmləri bölməsi VI. Mühəndislik elmləri bölməsi VII. Kimya elmləri bölməsi VIII. Biologiya elmləri bölməsi IX. İqtisadiyyat və hüquq bölməsi X. Yer elmləri bölməsi XI. Fiziki elmlər bölməsi

Tədqiqat institutları Macarıstan Elmlər Akademiyasının Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi Macarıstan Elmlər Akademiyasının Kimya Araşdırmaları Mərkəzi Macarıstan Elmlər Akademiyasının Astronomiya və Yer Elmləri Araşdırma Mərkəzi Macarıstan Elmlər Akademiyasının Biologiya Tədqiqat Mərkəzi Macarıstan Elmlər Akademiyasının Kompüter və Avtomatika Araşdırma İnstitutu Macarıstan Elmlər Akademiyasının Ekoloji Tədqiqatlar Mərkəzi Macarıstan Elmlər Akademiyasının İqtisadi və Regional Araşdırmalar Tədqiqatları Mərkəzi Macarıstan Elmlər Akademiyasının Enerji Araşdırmaları Mərkəzi Macarıstan Elmlər Akademiyasının Humanitar Tədqiqat Mərkəzi Macarıstan Elmlər Akademiyasının Dilçilik Araşdırmaları İnstitutu Macarıstan Elmlər Akademiyasının Renyi Riyaziyyat İnstitutu Macarıstan Elmlər Akademiyasının Eksperimental Tibb İnstitutu Macarıstan Elmlər Akademiyasının Təbiət Elmləri Tədqiqat Mərkəzi Macarıstan Elmlər Akademiyasının Nüvə Araşdırma İnstitutu Macarıstan Elmlər Akademiyasının Fizika üzrə Viqner Tədqiqat Mərkəzi Macarıstan Elmlər Akademiyasının Sosial Elmlər Mərkəzi

Macarıstan Elmlər Akademiyasının prezidentləri Jozef Teleki 17 noyabr 1830 – 15 fevral 1855Emil Deşöfi 17 aprel 1855 – 10 yanvar 1866Jozef Etvöş 18 mart 1866 – 2 fevral 1871Menhert Lonyay 17 may 1871 – 3 noyabr 1884Aqoston Trefort 28 may 1885 – 22 avqust 1888Lorand Etvöş 3 may 1889 – 5 oktyabr 1905Albert Berzeviçi 27 noyabr 1905 – 22 mart 1936Jozef Habsburq 22 mart 1936 — oktyabr 1944Dyula Korniş 7 mart 1945 – 29 oktyabr 1945Dyula Mour 29 oktyabr 1945 – 24 iyul 1946Zoltan Koday 24 iyul 1946 – 29 noyabr 1949İştvan Rusnyak 29 noyabr 1949 – 5 fevral 1970Tibor Erdey-Qruz 5 fevral 1970 – 16 avqust 1976Yanoş Sentaqotay 26 oktyabr 1976 – 10 may 1985İvan T. Berend 10 may 1985 – 24 may 1990Domokoş Koşar 24 may 1990 – 9 may 1996Ferenç Qlatz 9 may 1996 – 4 may 2002Silvester Vizi 5 may 2002 – 6 may 2008Jozef Palinkaş 6 may 2008 – 5 may 2014Laslo Lovas 6 may 2014 — indiki

Həmçinin bax Laslo Lovas

İstinadlar

Kateqoriya:Milli akademiyalar Kateqoriya:Elmlər akademiyaları Kateqoriya:Milli elmlər akademiyaları Kateqoriya:Budapeşt tikililəri