Araks Avetisyan Muradovna və ya sadəcə olaraq Araks (erm: Արաքս Մուրադի Ավետիսյան; ) — erməni sovet yazıçısı, jurnalist.

Araks Avetisiyan Muradovna 25 dekabr 1903-cü ildə Qarakiləsədə (indiki Vanadzor) kənd müəllimi ailəsində doğulmuşdur. Tiflisdəki Meriamian-Hovhanian qızlar məktəbində oxumuş və 1923-cü ildə orta təhsilini başa vurmuşdur.Nune Mxitaryan, “Аракс и Агавни- ровесницы эпохи”, www.armmuseum.ru 06.08.2017

1930-cu ildə isə İrəvan Dövlət Universitetini bitirmişdir. 1933-cü ildə Moskvada jurnalistika kurslarına qatılmışdır. Araks əsasən jurnalist kimi fəaliyyət göstərsə də, uşaq ədəbiyyatına da öz töhfəsini vermiş və - Erməni Uşaq Ədəbiyyatı sahəsinin öncül simalarından birinə çevrilmişdir.Victoria Rowe, A History of Armenian Women's Writing, 1880-1922, səh. 245

1926-cı ildən etibarən ermənicə yazdığı uşaq ədəbiyyatına “Uşaqlar üçün nağıllar”, “Sehrli təyyarə”, “Narlı qız”, “Şən səslər” kimi nağılları aid etmək olar. Onun yazdığı "Dərəçiçəkli Nənə" (ԾաղկաձորցիՏատիկը) və "Zimmi" nağılları o dövrdə erməni uşaqlarının sevimli nağıllarına çevrilmişdir. Araksın toplu uşaq nağılları ilk dəfə 1926-cı ildə eyni anda İrəvan və Tiflisdə dərs edilmişdir.

1933-cü ildə Moskvadakı təhsilini başa vurduqdan sonra İrəvana qayıdan Araks, “Oktemberik” uşaq jurnalında redaktor kimi fəaliyyətə başlayır. Daha sonra “Ədəbiyyat” qəzetində və radioda fəaliyyət göstərir.

Yazıçı Araks Avetisyan Muradovna 15 iyun 1978-ci ildə İrəvan şəhərində vəfat etmişdir.

Araksın 1928-ci ildə İrəvanda nəşr edilmiş "Alvan" (Ալվանը: Նարգո) əsəri 1930-cu ildə Fətəli İsmixanovun Azərbaycan dilinə tərcüməsində "Azərnəşr" tərəfindən nəşr edilmişdir.

Nəşr edilmiş bəzi əsərləriƏfqan Xəlilli, Azərbaycan dilinə tərcümə edilmiş erməni müəlliflər -1 Bardakjian B.Kovork, A Reference Guide to Modern Armenian Literature, 1500-1920: With an introductory History, səh. 283-284

Toplu əsərləri (1954)

Toplu Əsəsrləri (1965)

Üç nağıl - Երեք պատմվածք(1926, Tiflis)

Nağıllar - Պատմված քներ(1926, İrəvan)

Alvan - Ալվանը: Նարգո (İrəvan, 1928)

Zimmi - Զիմմի (İrəvan, 1931)

Sehrli çarx - Հրաշալի սավարնակե (İrəvan, 1937)

Uşaq nağılları - Մանկական պատմվածք (İrəvan, 1937)

Dərəçiçəkli nənə - Ծաղկաձորցի Թաթիկը (İrəvan, 1939)

Laurikin macəraları - Լաուրիկի արկածները (İrəvan, 1941)

Məğrur eşq - Հպարտ սեր (İrəvan, 1947)

İstinadlar

Xarici keçidlər