thumb|Azərbaycan Milli Xalça Muzeyinin binasının gecə görüntüsü. Binanın memarı — Frans Yans Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin xalça və xalq tətbiqi sənəti nümunələri ilə yanaşı, müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey.
Muzeyin tarixi
Muzeyin açılışı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi.
Muzeyin yaranmasının təşəbbüskarı alim, xalça haqqında elmin banisi, ornamentalist rəssam, pedaqoq, "Azərbaycan xalçası" adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur. Öz fəaliyyəti dövründə muzey üç binada yerləşmişdir.
Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılışında Heydər Əliyev iştirak etmişdir.
1991-ci ildə SSRİ-nin süqutundan sonra dövlət başçısının sərəncamına əsasən keçmiş Lenin Muzeyinin binası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istifadəyə verilir və Muzey Mərkəzi adlandırılır. 1992-ci ildə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə köçürülmüşdür. Azərbaycanın müxtəlif bölgələrinə məxsus xalça və xalq tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya muzey binasının ikinci mərtəbəsində yerləşən 13 zaldan ibarət idi.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondunun birgə layihəsi çərçivəsində Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 15 may 2008-ci ildə Dənizkənarı Milli Park ərazisində yeni ixtisaslaşdırılmış binanın təməlqoyma mərasimi baş tutdu. Yeni binanın inşası üçün dəstək Heydər Əliyev Fondu və YUNESKO tərəfindən göstərilmişdir. Mərasimdə YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura da iştirak etmişdirhttps://president.az/ru/articles/view/12694.
2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında Azərbaycanın milli irsinin qorunub saxlanılması və nümayiş etdirilməsi üçün ən müasir tələblərə cavab verən muzey binasının inşası başa çatdı. Binanın qeyri adi konfiqurasiyası bükülmüş xalçanı xatırladır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə "Milli" statusu verilmişdir.
Muzeyin konsepsiyası Azərbaycan Milli Xalça Muzeyinin başlıca vəzifəsi Azərbaycanın xalça nümunələrinin toplanılması, qorunub saxlanılması, tədqiqi, nümayişi və təbliğidir "Azərbaycan Milli Xalça Muzeyi. Bakı-2022 s.20,23" "Тагиева Р., Азербайджанский Музей Ковра: Новое видение традиции, Музей – памятник – наследие, 2017, № 1, с.191" chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://museumstudy.ru/wp-content/uploads/2017/11/Tagieva.pdf =https://azerbaijan360.az/what-to-see/museums/azerbaycan-milli-xalca-muzeyi/ .
Kolleksiyanın yaranması 1967-ci ldən başlayaraq ölkə rəhbərliyinin dəstəyi ilə muzey mütəmadi olaraq əhalidən, xalq sənayesindən, eləcə də "Azərxalça" Elmi-yaradıcılıq İstehsalat birliyindən sənətkarlıq nümunələrini satın almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etmişdir. Məhz həmin illərdə Azərbayan xalça sənətinin inciləri sayılan bəzi nümunələr muzey üçün əldə olunmuşdur. Dövlət məmurlarının və ilk növbədə Ümummilli Lider Heydər Əliyevin dəstəyi sayəsində muzeyin yaranmasından dərhal sonra eksponatların alınması və regionlara ekspedisiyaların təşkil olunması məqsədilə dövlət xəzinəsindən büdcə ayrılır. Bu işə Lətif Kərimov rəhbərlik edirAzərbaycan Milli Xalça Muzeyi Bakı – 2022, с.23.
Azərbaycan Xalça Muzeyinin kolleksiyalarının toplanması və sonrakı inkişafında ölkənin aparıcı elmi qüvvələri Rasim Əfəndiyev, əməkdar incəsənət xadimi və muzeyin ilk direktoru Əziz Əliyev, tarix elmləri doktoru Həsən Quliyev, sənətşünaslıq üzrə namizəd Nəcibə Abdullayeva, sənətşünaslıq üzrə elmlər doktorları, professorlar Röya Tağıyeva və Kübra Əliyeva iştirak etmişlər. Muzey rəhbərliyinin tapşırığına əsasən alimlərin köməyi ilə əhalidən qədim xalçalar, xalça məmulatları, tikmə, bədii metal nümunələri, milli geyim əşyaları və s. əldə olunmuşdur. Azərbaycan Elmlər Akademiyası keramika, bürünc və sümükdən hazırlanmış müxtəlif tapıntıları, həmçinin qədim dövrə aid zərgərlik əşyalarını mütəmadi muzeyə təqdim edirdi. Zamanla muzeyin fondları müasir rəssamların əsərləri ilə də zənginləşir. Bura əsasən xalçaçıların, daha sonra heykəltəraşların, keramika sənətkarlarının, zərgərlərin, ağac oyma ustalarının işləri daxildir.
Öz fəaliyyəti illərində muzey davamlı olaraq inkişaf etmiş və Azərbaycanın milli mədəniyyət nümunələrinin qorunduğu ən mühüm saxlanc yerlərindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində aparılan çoxsaylı elmi-tədqiqat ekspedisiyalarının nəticəsi olaraq muzeyin fondu ölkənin maddi-mədəni sərvətləri ilə zənginləşirdi. Burada Azərbaycan xalçalarının və xalça məmulatlarının ən zəngin və çeşidli kolleksiyası toplanmışdır. "Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Parça, geyim, tikmə", "Keramika, şüşə, ağac, kağız" və "Zərgərlik məmulatları" kimi yeddi kolleksiyanı özündə birləşdərən muzey fondunda 10000-dən çox eksponat saxlanılır. Muzeydə tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur, kolleksiyalarının böyük hissəsi isə XVII–XX əsrlərə aiddir.
Azərbaycanın müstəqilliyin müasit dövründə AMXM fondları Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hədiyyə edilən qiymətli əşyalarla zənginləşir. Eyni zamanda muzeyə şəxsi kolleksiyaçılar, mesenatlar, yerli və xarici vətəndaşlar tərəfindən xalçalar hədiyyə edilir. alt=Qarabağın tipinə aid edilən Azərbaycan "Əjdahalı" xalçası.|thumb|Qarabağın XVII əsrin sonuna aid "Əjdahalı" xalçası. 2013-cü ildə Çikaqo Şərq Xalça və Toxuculuq Cəmiyyətinin üzvü olmuş Qrover Şiltsin həyat yoldaşı Beverli Şilts mərhumun kolleksiyasından iki qiymətli Azərbaycan xalçasını muzeyə bağışlayır. Bunlardan biri "Salyan xiləsi" (Şirvan, XIX əsr), digəri isə − Qarabağın XVII əsrin sonuna aid edilən "Əjdahalı" xalçasıdırТагиева Р., Азербайджанский Музей Ковра: Новое видение традиции, Музей – памятник – наследие, 2017, № 1, с.195.chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://museumstudy.ru/wp-content/uploads/2017/11/Tagieva.pdfhttps://report.az/incesenet-xeberleri/dunyanin-ilk-xalca-muzeyinden/.
2017-ci ildə Azərbaycan Xalça Muzeyinin 50 illik yübileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xaricdən hərrac evindən XVIII əsrə aid nadir gözəlliyə malik tikmə nümunəsi alınıb muzeyə hədiyyə edilibhttp://www.azcarpetmuseum.az/index.php/az/single/557. 2017-ci ildə əslən azərbaycanlı olan ABŞ vətəndaşı Elşad Tahirov Qarabağ Qrupuna aid "Bağçada güllər" xalçasını hərracdan alaraq muzeyə bağışlayır. Həmçinin 2017-ci ildə Azərbaycan Milli Xalça Muzeyi tarixində ilk dəfə olaraq Avstriya hərrac şirkətindən (AUSTRİA AUCTİON COMPANY) XVII əsrin sonu XVIII əsrin əvvəllərinə aid "Şamaxı" xalçasını əldə etmişdirAzərbaycan Milli Xalça Muzeyi. Bakı-2022 s.104–105
2018-ci ildə Heydər Əliyev Fondu muzeyə kolleksiyanın ən qiymətli eksponatlarından olan XVII əsrə aid "Xətai" və "Naxçıvan" xalçalarını hədiyyə etmişdir; həmin ildə italiyalı kolleksioner Mirko Kattai muzeyə Qubanın XIX əsrə aid "Hacıqayıb" xalçasını hədiyyə etmişdir. Bundan əlavə muzeyin fondları daha iki eksponat – Qubanın "Sırt-Çiçi" və Bakının "Xilə-buta" xalçaları ilə zənginləşmişdirhttps://azertag.az/ru/xeber/azerbaidzhanskii_muzei_kovra_podvodit_itogi_2018_g oda-1225901.
2019-cu ildə muzey tarixində ilk dəfə olaraq Sotheby`s hərrac evindən Qacar dövrünə aid iki ədəd qadın bəzək əşyası alınıb; Amerika vətəndaşları Hillari-Düma Cons və Cey Cons tərəfindən muzeyə XIX əsrə aid "Qonaqkənd" xalçası hədiyyə olunubBabayeva Səbinə, Azərbaycan milli muzeyləri və mədəni turizm potensialı Bakı: Mətərcim, 2024, s.99. https://www.calameo.com/read/007262112919b40de3b9dhttps://apa.az/incesenet/Azrbaycan-Milli-Xalca-Muzeyi-bu-il-n-cox-ziyart-ediln-muzey-olub-565695.
2020-ci ildə italiyalı kolleksioner Erminio Bottini Azərbaycan Milli Xalça Muzeyinə 1811-ci ildə toxunan və Şirvan qrupuna aid olan "Sor-sor" xalçasını hədiyyə edibhttps://525.az/news/149122-italyan-kolleksiyacidan-xalca-muzeyine-deyerli-tohfehttps://media.az/culture/italyanskiy-kollekcioner-podaril-muzeyu-v-baku- starinnyy-azerbaydzhanskiy-kover-foto.
2024-cü ildə dekorativ-tətbiqi sənətin bənzərsiz nümunələri Vətənə qaytarılaraq muzeyə hədiyyə olunub. Belə ki, Mətin və Hüseyin Konukçular (Türkiyə), Mirko Kattai (İtaliya) və Hocat Abasinin (Almaniya) kolleksiyalarından XIX əsrin sonu – XX əsrin əvvəlinə aid "Paşalı" kilimi (Şirvan), "Şıxlı" (Qazax), "Açma-yumma", "Bəhmənli" xalçalarını (Qarabağ) muzeyə bağışlayıblar.
Tamaşaçılar Azərbaycan Milli Xalça Muzeyi ölkənin ən çox ziyarət olunan mədəniyyət müəssisələrindən biridir. 2016-cı ildə muzeyi 60 minə yaxın adam ziyarət etmişdirsə, 2017-ci ildə bu rəqəm 85 mindən artıq olmuş, 2018-ci ildə isə 110 minə çatmışdır.
2019-cu il Azərbaycan Milli Xalça Muzeyi ziyarətçi sayını 122 143-ə çatdıraraq öz rekordunu yeniləmişdir. Eyni zamanda 2019-cu ilin ən mühüm hadisələrindən biri Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizin ilk inklüziv muzeyi olaraq fəaliyyətə başlamasıdır. Belə ki, fiziki məhdudiyyətli insanlar da muzeyi ziyarət edə və ekspozisiya ilə tanış ola bilərlərhttps://apa.az/incesenet/Azrbaycan-Milli-Xalca-Muzeyi-bu-il-n-cox-ziyart-ediln-muzey-olub-565695. Muzeyin inklüziv proqramları haqqında açıqlamaları ICOM və NEMO beynəlxalq muzey təşkilatlarına təqdim olunmuşdur. 2019-cu ilin əvvəllərindən etibarən AMXM-nin Ənənəvi Texnologiyalar Şöbəsinin və Uşaq Muzeyi Şöbəsinin əməkdaşları tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanlar üçün mütəmadi olaraq ustad dərsləri keçirilir. Görmə məhdudiyyəti olan tamaşaçıların rahatlığı üçün bütün mətnlər Brayl əlifbası ilə təqdim edilib. Bundan əlavə, Ənənəvi Texnologiyalar Şöbəsinin əməkdaşları tərəfindən xovlu və xovsuz texnologiyanın birlikdə tətbiqi ilə üzərində həndəsi və nəbati elementlər, zoomorf və antropomorf təsvirlər olan kiçik ölçülü xalça nümunələri hazırlanmışdır və görmə qabiliyyəti məhdud insanların həmin xalça növlərinin toxunuş müxtəlifliyini taktil (toxunma) üsulla duya bilirlər.
2020-ci ildən etibarən muzey eşitmə qabiliyyəti məhdud insanlar üçün surdotərcümə ilə virtual ekspozisiyanı təqdim etdi. Həmçinin muzeyin qonaqlarına surdotərcüməçi ilə ekskursiya xidməti də təklif olunurhttps://az.baku-art.com/az/muzeyler-hami-uch-n. Eyni zamanda muzeydə əlil arabasında olan şəxslərin sərbəst hərəkət etməsi nəzərdə tutulmuşdur. Eksplikasiya mətnləri və etiketajlar əyləşərək rahat oxuna biləcək şəkildə yerləşdirilib. Burada taçskrinlərə toxunmaq da əlavə fiziki güc tələb etmir.
2022-ci ildə digər mədəniyyət müəssisələri kimi muzey və qalereyalar da pandemiya ilə əlaqədar məhdudiyyətlər ləğv edildikdən əvvəlki fəaliyyətlərini bərpa etdilər. 2021-ci il ilə müqayisədə 2022-ci ildə muzey ziyarətçilərinin sayında artım müşahidə olunurdu. 2021-ci ildə Azərbaycan Milli Xalça Muzeyini cəmi 14 min 398, 2022-ci ildə 70 min 608, 2023-cü ildə isə 100 mindən çox tamaşaçı ziyarət etmişdir.
Hadisələr