Təhməz Təhməzov () — Azərbaycan İctimai Televiziyasının Gürcüstandakı xüsusi müxbiri, jurnalist, Gürcüstanın əməkdar jurnalisti.
Həyat və fəaliyyəti Təhməz Qiyas oğlu Təhməzov 1954-cü il avqustun 23-də Marneuli rayonundakı Qurdlar kəndində anadan olub. 1971-ci ildə Baydar orta məktəbini, 1976-cı ildə A. S. Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunu bitirib. Əmək fəaliyyəti Əmək fəaliyyətinə doğma kəndində müəllim kimi başlayıb və 1983-1987-ci illərdə Gürcüstan Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, 1987-1991-ci illərdə “Sovet Gürcüstanı” qəzetində müxbir, 1991-1999-cu illərdə Qurdlar kənd sovetinin sədri və 2006-cı ilin martından 2013-cü ilin iyun ayına kimi Azərbaycan İctimai Televiziyasının Gürcüstandakı xüsusi müxbiri işləyib.
Oçerk və publisistik yazıları Gürcüstandakı dövrü mətbuatda dərc olunub. Mükafatları Təhməz Təhməzov 2010-cu ildə Gürcüstan prezidenti Mixail Saakaşvilinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb. 30 mart 2019-ci ildə Təhməzov jurnalistika sahəsində uzun müddətli uğurlu fəaliyyətinə görə “Gürcüstanın Jurnalistlər Yaradıcılıq birliyi”nin rəhbərliyi tərəfindən Gürcüstanın əməkdar jurnalisti adına layiq görülüb.
Ailəsi Ailəlidir, iki oğlu, 4 nəvəsi var.
İstinadlar
Kateqoriya:Gürcüstan Respublikasının əməkdar jurnalistləri