Daks (, ) — Fransanın cənub-qərbdə yerləşən kommuna, departament — Landlar, inzibati region — Akvitaniya. Uzun müddət Qaskon tarixi vilayətin tərkibində olmuşdur. Fransanın məşhur balneoterapiya kurortudur. Muzeylər thumb|250px|Teodor Deni parkında yerləşən Daks şəhərinin arenaları Borda muzeyi. 1807-ci ildə Daks şəhərində açılan şəhər muzeyi Jak-Fransua Borda d'Oronun qiymətli kolleksiyasına ev sahibliyi etdi. 1876-cı ildə bir qrup yerli partriotlar regionun tarixi və arxeologiya öyrənən Borda Cəmiyyəti adlanan elmi bir cəmiyyət qurdular. Muzeydəki kolleksiyaya İç şəhərinin tarixi ilə yanaşı, bir çox sənət əsərləridə aiddir. Jorjetta Düpui muzeyi (). Kolleksiyada 1901-ci ildə Parisdə anadan olan və 1992-ci ildə Daks şəhərində vəfat edən bir çoxsaylı sənətkarın 60 rəsm əsəri mövcuddur. Torpaq qüvvələrinin və vertolyotların yüngül aviasiya muzeyi. Bu muzey təqaüdçü hərbi personal tərəfindən açılmışdır. 2000 kvadratmetrlik geniş otaqda təqdim olunan muzeyin kolleksiyası döyüşlərdə iştirak edən döyüş təyyarələrinin və vertolyotların Avropadakı ən gözəl kolleksiyasından biri sayılır.
Şəhərin bağ və parkları Sarra botanika bağı () Bulon meşəsi () Teodor Deni parkı — köhnə körpü ilə və Arena arasında Adura sahilində yerləşən əsas şəhər parkı. Qardaşlaşmış şəhərlər Loqronyo, İspaniya (1963-ci ildən)
İstinadlar
Xarici keçidlər Şəhərin rəsmi saytı Turizm saytı Compagnie Thermale de Dax rəsmi saytı