40-cı qapı — filmi rejissor Elçin MusaoğluBürcəliyeva, Ş. 40-cı qapının sirri: [Rejissor Elçin Musaoğlunun eyni adlı filmindəki hadisələr haqqında] //Mədəniyyət.- 2010.- 19 may.- S. 10. tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Ritm Production"da istehsal edilmişdir. Film 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Filmdə əsas rolları Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova və Rafiq Əzimov ifa edirlər.
Məzmun Film Azərbaycan xalqı üçün ağır olan bir vaxtda – 90-cı illərin əvvəlində bütün çətinliklərdən keçmiş 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Bakının 40 kilometrliyində yaşayan uşaq anasının himayəsində böyüyür. Rusiyaya qazanc dalınca gedən atası rəhmətə getmiş oğlan təhsilini atıb anasına (Gülər Nəbiyeva) maddi dəstək vermək məqsədilə işləmək qərarına gəlir. Bakıətrafı qəsəbədə yaşayan oğlan özünü və anasını dolandırmaq barədə düşünmək məcburiyyətindədir.Qırxıncı qapı
Festivallar və mükafatlar 2009-cu il 26 apreldə Hyustonda (ABŞ) 42-ci Beynəlxalq Kinofestivalında film “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata layiq görülmüşdür.Qaçayev, S. "40-cı qapı" 42-ci festivalda qızıl priz aldı: [Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında rejissor Elçin Musaoğlunun quruluşunda hazırlanan eyni adlı filmin təqdimatı] //Xalq qəzeti.- 2010.- 22 may.- S. 8. 2009-cu ildə 11-ci Beynəlxalq Bakı Şərq-Qərb Film Festivalında "Ən parlaq debüt"mükafatını almışdır.Elçin Musaoğlu 2009-cu ildə 19-cu Beynəlxalq Cottbus Film Festivalında "The International Film Guide Inspiration Award" və "Prize of the Ecumenical Jury with a Special Mention" mükafatlarını alıb.Elçin Musaoğlu 2009-cu ildə Monteneqro TV və Film Festivalında "The award for best photography", "The award for best directing" və "Silver olive" mükafatlarını alıb.Elçin Musaoğlu 2010-cu ildə Tiburon Beynəlxalq Film Festivalında (ABŞ) "Federico Fellini Award" mükafatını alıb. 2010-cu ildə Eurasia IFF (Qazağıstan) festivalında "Award Jury NETPAC" mükafatını alıb. 2010-cu ildə New York Eurasia Film Festivalında "Award Best Screenplay" mükafatını alıb.“40-cı qapı” Amerikada" “ən yaxşı ssenari” mükafatını qazanıb: [Rejissor Elçin Musaoğlunun quruluşunda hazırlanan eyni adlı film “New York Eurasisian Film Festival”ında] //Mədəniyyət.- 2010.- 19 noyabr.- S. 6.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Elçin Musaoğlu Rejissor: Elçin Musaoğlu Operator: Abdulrəhim Beşarat Prodüser: Xaqani Savalan, Elçin Musaoğlu Rəssam: Elxan Nəbiyev Bəstəkar: N. Faiq Montaj: Kavə İmani
Rollarda Həsən Səfərov — Rüstəm Rövşən Ağayev — Edik Gülər Nəbiyeva — Leyla Elmira Şabanova — Fatma xala Rafiq Əzimov — Sabir dayı Adil Zeynalov — Surxay Özal Muradov — Elşən Kənan Fərəcullayev — İlqar Fərid Tahirov — Əhməd Tural Məmmədov — Ramiz
İstinadlar
Mənbə Журнал "Баку". Номер: Май — Июнь 2009 Mirməmməd, G. İçindəki xeyirxahlığı qoru: Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "40-cı qapı" filmi rejissor Elçin Musaoğlunun quruluşunda]//Mədəniyyət.- 2010.- 26 may.- S. 11. Sara. “40-cı qapı” filminin geniş təqdimatı olub: Ssenari müəllifi və quruluşçu rejissoru Elçin Musaoğludur //525-ci qəzet.- 2010.- 22 may.- S. 16.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2008-ci ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2008-ci ilin Azərbaycan filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:2009-cu ilin dram filmləri