İmamlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun İmamlı kənd inzibati ərazi dairəsində kənd. Alazan–Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsini imamlı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdırAzərbaycan toponimlərinin Ensiklopedik lüğəti I cild, Bakı “Şərq-Qərb”, 2007.
Tarixi Bu adda türk mənşəli tayfanın olduğu güman edilir. Toponimikada bu zona üzrə eyni adda köhnə kəndin mövcudluğu da yazılıb. Qəbələ Oğuz yolunun yuxarı hissəsindədir və burada 400 nəfər əhali yaşayır. Əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həlli vacib olan məsələlərə önəm verilir. Sakinlər tərəfindən fındıq bağları çox salınıb, heyvandarlığın vəziyyəti qənaətbəxşdir. Taxıl əkənlər, tərəvəz yetişdirən camaat torpaqla ünsiyyətdən həzz alırlar. Nəticədə isə hər kəsin qapısında inəyi, süfrəsində ağartısı, qışa tədarükü boldur. Bir sözlə həyat üçün lazım olan bütün nemətlərdən dadırlar. Kənddə narahatlıq doğuran problemlər qısa vaxt ərzində aradan götürülür. Əsas magistral yola yaxın olduğundan gediş-gəlişə problem yoxdur. Kənd başının mərkəzi yolla arası 2 km-dir. Elektron ATS qurulub və elektrik enerjisi fasiləsiz verilir. Sayğaclaşma prosesi aparıldığından camaat işlətdiyi enerjinin pulunu vaxtında ödəyir və işıq sarıdan korluq çəkmirlər. Kənddə icra nümayəndiliyi və bələdiyyə üçün təzə binalar tikilib.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
Toponimikası İmamlı oyk, sadə. Alazan–Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsini imamlı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi
Həmçinin bax Qəbələ rayonu
Xarici keçidlər Qəbələ rayonu İnzibati Ərazi Vahidləri
İstinadlar
Kateqoriya:Qəbələ rayonunun kəndləri