Kiçik kisəli siçan Пятиязычный словарь названий животных. Млекопитающие Полная иллюстрированная энциклопедия. «Млекопитающие». Кн. 2 (Antechinus minimus ) yırtıcıların kisəli siçanlar ailəsinin bir növüdür. Avstraliyaya xasdır
Yayılması Alt növü A. m. maritimus cənub-şərqi Avstraliya əyalətlərinin sahil bölgələrində , Cənubi Avstraliya Viktoriya , o cümlədən adanın qərbində Peninsula Vilson Promontoridə daha çox yayılmışdır. Alt növü A. m. Minimusa Tasmaniya və Bass Boğazı ərazisində təsadüf edilir .
Təbii yaşayış sahəsi - yüksək rütubət və sıx məskunlaşma olan ərazilərdir. Onlar meşəliklərdə, çəmənliklər və kollarda yaşayırlar .
Görünüş Yetkin fərdlərin orta çəkisi təxminən 42 q-dır. Bədənin uzunluğu - 90-140 mm, quyruq - 60-100 mm çatır. Xəzi yumşaq, incədir. Arxası şokolad-qəhvəyi, qaramtıl-qəhvəyi rənglərdə olur. Qarını açıq boz rəngdədir. Qulaqları, ayaqları genişdir. Ön ayaqlarındakı pəncələ qazma üçün nəzərdə tutulmuş, əyilmişdir . James R. Turner Swamp Antechinus Mammals of Australia
Həyat tərzi Həyatlarını quruda keçirirlər. Yuvalarını yarpaq və çöplərdən hazırlıyırlar. Gecələr aktiv həyat tərzi yaşıyırlar. Əsasən həşəratlara qidalanırlar James R. Turner Swamp Antechinus Mammals of Australia .
Yetişdirmə Bir kisəyə sahibdirlər. Bu cinslər ildə bir dəfə çoxalırlar.Yeddiyə qədər balalayırlar. Hamiləlik müddəti qısa, 28 gün davam edir. Gənc heyvanlar 105 gün sonra süddən kəsilir. Çoxalma mövsümünün sonunda, kolonyadaki bütün erkəklər ölür. Dişilər 1.5 yaşlarında balaları süddən kəsmədən qısa müddət sonra ölürlər. Bəzən 2 ilə qədər yaşıyırlar .
İstinadlar
Kateqoriya:Avstraliya endemikləri
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1803-cü ildə təsvir edilən məməlilər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avstraliyanın endemik heyvanları Kateqoriya:Yırtıcı kisəlilər