Xəzər şamayısı/şəmaisi/gümüşcəsi () — Çəkiyəbənzərlər dəstəsinin nümayəndəsidir. Avstriya, Bolqarıstan, Bosniya və Herseqovina, Xorvatiya, FransaWhite waters of the Alps , video by Free High-Quality Documentaries on Utube.com. Danuble bleak: 3'45–5'31., Almaniya, İtaliya, Macarıstan, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Azərbaycan, Türkmənistan və Özbəkistan ərazilərində müşahidə edilir.

Təsvir Uzunluğu 40 santimetrə çata bilir, lakin daha çox 15–30 sm ölçülü balıqlara rast gəlinir. Bu balıq morfoloji cəhətdən olduqca dəyişkəndir. Bu da müxtəlif yaşayış mühitlərinə uyğunlaşmağa imkan verir.

Yayılması Qara, Xəzər və Aralıq dənizlərinin hövzələrində rast gəlinir. Su anbarlarında belə yaşaşa bilirlər. Sənaye əhəmiyyəti vardır və su anbarları və çayların dərin huissələrində qurulan vətəgələrdə yetişdirilir. Xəzər dənizində həddindən artıq çirklənməsi onların sayına təsir göstərsədə 2008-ci ildə Beynəlxalq Qırmızı kitabda "Az qayğı tələb edən" növlər siyahısına daxil edilmişdir.

İstinadlar

Kateqoriya:Çəkilər Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Rusiya balıqları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər