Azərbaycan etirazları (2005) — 2005-ci il noyabrın 26-da Qələbə meydanında baş tutan mitinq.

Mitinqdən əvvəl

2005-ci il noyabrın 6-da Azərbaycanın Milli Məclisinə seçkilər baş tutdu. Seçkilərdə əsas mübarizə Yeni Azərbaycan Partiyası və Azadlıq Bloku arasında getdi. Azadlıq Blokuna Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası daxil idi.

Seçkilərin rəsmi nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası 61 mandat qazanaraq qələbə qazandı. Azadlıq Bloku isə 6 üzvlə təmsil olunmaq hüququ qazandı. Həmin nəticələri Azadlıq Bloku rəsmən tanımadı.

AXCP sədri Əli Kərimli 2019-cu il fevralın 27-də Meydan TV-yə verdiyi müsahibədə 2005-ci ilin Parlament seçkilərinə toxundu və həmin seçkilərdə Azadlıq Birliyinin 58 üzvünün Parlamentdə mandat qazandığı iddia etdi.

Mitinq Azadlıq Blokuna üzv olan siyasi partiyaların sədrləri Əli Kərimli (AXCP), İsa Qəmbər (Müsavat), Lalə Şövkət (ALP) və Sərdar Cəlaloğlunun (ADP) çıxış etdiyi mitinq başa çatandan sonra, seçkilərin nəticələrinə etiraz edən 2 000 yaxın etirazçı oturaq seçkilərin nəticələrinə etirazlarını bildirdi. Etirazlar axşam saatlarına yaxın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən dağıdıldı, nəticədə 500 yaxın etirazçı yaralandı.

Daha sonra 9 noyabr, 13 noyabr və 23 noyabr tarixində mitinqlər keçirildi.

Xarici keçidlər lalashevket.az

Kateqoriya:Azərbaycanda etiraz aksiyaları Kateqoriya:2005-ci ildə Azərbaycan