Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP) — Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilən çoxtərəfli beynəlxalq müqavilə. Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cü A (XXI) nömrəli Qətnaməsi ilə qəbul edilmiş və Paktın 49-cu maddəsinə uyğun olaraq 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. 49-cu maddəyə görə, Pakt, 35-ci təsdiq fərmanı və ya qoşulma sənədi Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında depozitə qoyulduqdan üç ay sonra qüvvəyə minir. Bu Paktda iştirak edən bütün dövlətlər şəxslərin yaşamaq hüququ, din azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, seçki və ədalətli məhkəmə araşdırması hüququ da daxil olmaqla, mülki və siyasi hüquqlarına hörmət etməlidirlər.International Covenant on Civil and Political Rights Office of the United Nations High Commissioner of Human Rights 2017-ci ilin avqust ayına görə, Paktın 172 iştirakçı dövləti və altı imzalayan, lakin hələ ratifikasiya etməmiş üzv dövləti var.

MSHBP İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (İSMHBP) və Ümumdünya İnsan hüquqları Bəyannaməsi (ÜİHB) ilə birlikdə İnsan hüquqları haqqında Beynəlxalq Billin tərkib hissəsini təşkil edir.

Paktın tətbiqinə BMT-nin İnsan hüquqları Komitəsi (Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasından ayrıca orqandır) tərəfindən nəzarət edilir. Həmin Komitə dövlətlərdən hüquqların necə tətbiq olunması barədə fəaliyyətləri ilə bağlı müntəzəm olaraq hesabatlar alır. Dövlətlər əvvəlcə Pakta qoşulduqdan bir il sonra, daha sonra isə Komitə müraciət etdikdə (adətən hər dörd ildə bir) məruzə verməlidirlər. Komitənin iclasları ildə üç dəfə, əsasən Cenevrədə keçirilir.

Tarixi 250px|thumb|right|Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt

MSHBP, Ümumdünya İnsan hüquqları Bəyannaməsinin formalaşmasına gətirib çıxaran eyni proseslərdən qaynaqlanır. Birləşmiş Millətlər Təşkilatının qurulmasına gətirib çıxaran 1945-ci il San-Fransisko Konfransında "İnsanın əsas hüquqları haqqında Bəyannamə" təklif edilmiş və İqtisadi və Sosial Şuraya onu tərtib etmək tapşırığı verilmişdi. Prosesin başlanğıcında həmin sənəd insan hüquqları ilə bağlı ümumi bəyannamələri nəzərdə tutan bəyannaməyə və məcburi öhdəlikləri əks etdirən konvensiya və ya pakta bölünmüşdü. Daha sonra ÜİHB formalaşdı və 10 dekabr 1948-ci ildə qəbul edildi.

Bu Paktda iştirak edən bütün dövlətlər, o cümlədən özü idarə olunmayan və asılı ərazilərin idarə olunmasında məsuliyyət daşıyan dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər.Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, I hissə, Maddə 1, bənd 3.

Konvensiyanın maddələri hazırlanarkən, BMT üzvləri arasında neqativ mülki və siyasi hüquqların pozitiv iqtisadi, sosial və mədəni hüquqlara münasibətdə əhəmiyyətli fikir ayrılıqları qalırdı. Nəticədə, bu, konvensiyanın iki fərqli pakta bölünməsinə səbəb oldu; "paktlardan biri mülki və siyasi hüquqları, digəri isə iqtisadi, sosial və mədəni hüquqları ehtiva edirdi."BMT Baş Məclisinin 543 saylı qətnaməsi, 5 fevral 1952. Hər iki pakt mümkün qədər çox oxşar müddəaları ehtiva edəcək və imza üçün eyni vaxtda açılacaqdı. Həmçinin hər iki paktda hər bir xalqın öz müqəddəratını təyin etmək hüququ haqqında müddəa da olacaqdı.BMT Baş Məclisinin 545 saylı qətnaməsi, 5 fevral 1952.

İlk sənəd Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, ikincisi isə İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt olmuşdur. Layihələr 1954-cü ildə müzakirə olunmaq üçün BMT Baş Məclisinə təqdim olunmuş və 1966-cı ildə qəbul edilmişdir.BMT Baş Məclisinin 2200 saylı qətnaməsi, 16 dekabr 1966. Diplomatik danışıqlar nəticəsində İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktdan qısa müddət əvvəl qəbul olundu. Hər iki pakt ÜİHB ilə birlikdə müasir beynəlxalq insan hüquqları sistemində əsas hüquqları təsbit edən sənədlər hesab olunurlar.

Maddələri Paktın strukturu ÜİHB və İSMHBP-a oxşar olub, preambula və əlli üç maddədən ibarətdir və altı hissəyə bölünür.The following section summarises the text of the Covenant.

I hissə (Maddə 1) bütün xalqların "öz siyasi statuslarını sərbəst müəyyən etməsi"MSHBP, Maddə 1.1. də daxil olmaqla, öz müqəddəratını təyin etmə, öz iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst təmin etmə və öz təbii sərvətləri və ehtiyatlarından sərbəst şəkildə istifadə etmə hüququnu tanıyır. Burada xalqın ona məxsus olan dolanışıq vəsaitlərindən məhrum edilə bilməməsi kimi neqativ hüququMSHBP, Maddə 1.2. və Paktda iştirak edən bütün dövlətlərin, o cümlədən özü idarə olunmayan və asılı ərazilərin idarə olunmasında məsuliyyət daşıyan dövlətlərin öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməli olduğu təsbit olunur.MSHBP, Maddə 1.3.

II hissə (Maddə 2 – 5) iştirakçı dövlətlərin Paktda qəbul edilən hüquqların həyata keçirilməsi üçün zəruri ola biləcək belə qanunvericilik tədbirlərini və digər tədbirləri qəbul etməyi öhdəliyini əks etdirir.MSHBP, Maddə 2.2, 2.3. Pakt, həmçinin, tələb edir ki, "irqi, dərisinin rəngi, cinsi, dini, dili, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və digər halları ilə bağlı əlamətlərinə"MSHBP, Maddə 2.1. heç bir fərq qoymadan insan hüquqlarına hörmət edilsin və bu hüquqlar qadınlar üçün də eyni dərəcədə tanınır.MSHBP, Maddə 3. Hüquqlar yalnız "dövlət daxilində əhalinin həyatını təhlükə altına salan fövqəladə vəziyyət zamanı"MSHBP, Maddə 4.1. məhdudlaşdırıla bilər və bununla belə yaşamaq hüququ, işgəncə və köləliyə məruz qalmamaq, retrospektiv qanunvericilikdən müdafiə, şəxsiyyət hüququ və düşüncə, vicdan və din azadlığının məhdudlaşdırılmasına yol verilmir.MSHBP, Maddə 4.2.

III hissə (Maddə 6 – 27) hüquqların özünü sadalayır. Buraya daxildir: fiziki bütövlük hüququ: yaşamaq hüququ və işgəncə və köləliyə məruz qalmamaq şəklində özünü göstərir (Maddə 6, 7 və 8); fərdin azadlığı və təhlükəsizliyi: özbaşına həbs edilməmək və həbsdə saxlanılmamaq və habeas corpus hüququ (Maddə 9–11); ədalətli və qərəzsiz mühakimə, təqsirsizlik prezumpsiyası və məhkəmə qarşısında bərabərlik (Maddə 14, 15 və 16); şəxsi azadlıq, hərəkət etmək azadlığı, düşüncə, vicdan və din azadlığı, birləşmək və sərbəst toplaşmaq azadlığı, ailə hüquqları, vətəndaşlıq hüquqları və şəxsi həyatın toxunulmazlığı (Maddə 12, 13, 17 – 24); müharibə təbliğatının qadağan edilməsi və ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhriki özündə əks etdirən milli, irqi və ya dini nifrətə qulluq edən çıxışların qadağan edilməsi (Maddə 20); səs vermək hüququ da daxil olmaqla, siyasi fəaliyyətdə iştirak (Maddə 25); ayrı-seçkilik, azlıqların hüquqları və qanun qarşısında bərabərlik (Maddə 26 və 27).

Bu hüquqların əksəriyyətinin realizəsi üçün dövlətlərin xüsusi tədbirlər görməsi tələb olunur.

IV hissə (Maddə 28–45) İnsan hüquqları Komitəsinin yaradılması və fəaliyyəti, eləcə də Pakta nəzarət və hesabat məsələlərini nəzərdə tutur. Bu hissə, həmçinin, iştirakçı dövlətlərə Paktın tətbiqi ilə əlaqədar tərəflər arasında mövcud mübahisələrin həllində Komitənin səlahiyyətini tanımaq imkanı verir. (Maddə 41 və 42)

V hissə (Maddə 46–47) Paktın heç bir müddəasının Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinə müdaxilə, eləcə də "bütün xalqların öz təbii sərvətlərinə və ehtiyatlarına sahib çıxmaq və onlardan tam həcmdə və sərbəst şəkildə istifadə etmək"lə bağlı alınmaz hüquqlarının məhdudlaşdırılması kimi şərh edilə bilməyəcəyini qeyd edir.MSHBP, Maddə 47.

VI hissə (Maddə 48 – 53) Paktın ratifikasiyası, qüvvəyə minməsi və dəyişiklik edilməsi məsələlərini əks etdirir.

Fakültativ protokollar Pakta iki Fakültativ Protokol qəbul edilmişdir. Birinci Fakültativ Protokol fərdlərə Paktın pozulması ilə əlaqədar İnsan Hüquqları Komitəsinə şikayətlərin edilməsi hüququnu təqdim etməklə fərdi şikayət mexanizmi formalaşdırır.1-ci FP-MSHBP, Maddə 1. Bu da Paktın təfsiri və tətbiqinə dair mürəkkəb bir hüquq təcrübəsinin yaradılmasına gətirib çıxardı.

İkinci Fakültativ Protokol ölüm cəzasının ləğvini nəzərdə tutur: bununla belə, ölkələrə müharibə dövründə törədilmiş hərbi xarakterli ən ağır cinayətlərə görə ölüm cəzasının saxlanılmasına icazə verildi.2-ci FP-MSHBP, Maddə 2.1 2017-ci ilin dekabr ayına olan məlumata görə, İkinci Fakültativ Protokolun 85 iştirakçısı var.

Tərəfləri Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın cəmi 172 üzvü var.