Sosial Tədqiqatlar Mərkəzi — Azərbaycan Respublikasında ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxs.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2026-cı il Fərmanı ilə "Sosial Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxsi "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxsinə birləşdirilmişdir. Bu yolla Agentlik yenidən təşkil edilmişdir.
Tarixi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdir.
Üzvü olduğu qurumlar 2025-ci il 13 yanvar tarixində data araşdırma və rəy tədqiqatları sferasında ESOMAR (Avropa Rəy və Bazar Tədqiqatı Cəmiyyəti) qlobal platformasının üzvü olub.
Həmçinin bax Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2019-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:8 fevralda yarananlar Kateqoriya:Azərbaycanın dövlət təşkilatları Kateqoriya:Araşdırma mərkəzləri Kateqoriya:2026-cı ildə Azərbaycanda ləğv olunanlar