Mustafayeva Güllü Hacı Naim Mustafa qızı () — Azərbaycan Respublikasının xalq rəssamı (1992) və milli rəssamlıq sənətinin ən parlaq nümayəndələrindən biri.
Həyatı Güllü Mustafayeva əslən Şamaxıdandır. 1902-ci il Şamaxı zəlzələsindən sonra G. Mustafayevanın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Çarcuy şəhərinə köçmüşdür. Güllü Mustafayeva 1919-cu il 29 noyabrda Çarcuy şəhərində anadan olmuşdur. G. Mustafayevanın anası Nabat xanım S. Ə. Şirvaninin nəslindən olubQafarova, Z. "Həsən və Güllü" dastanı //Mədəniyyət.- 2015.- 13 mart.- S.12–13.. 1927-ci ildə Hacı Naim Mustafa ailəsi ilə Türkmənistandan Bakıya, İçərişəhərə köçmüşdür.
Yaradıcılığı Güllü Mustafayeva 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. Rəssam öz yaradıcılığında ən müxtəlif janrlara müraciət etmişdir. Tematik tablolar və portretlər yaratmışdır: "Leyli və Məcnun məktəbdə" (1941), "Professor Y. Musabəyovanın portreti" (1957), "Paris. Rəssamlar meydanı" (1961). Güllü Mustafayevanın peyzaj janrında çəkdiyi rəsmlər emosional ifadəliliyi ilə seçilir. thumb|right|250px|Məhsəti Gəncəvi (1947) 1947-ci ildə yaratdığı "Məhsəti Gəncəvi" portreti rəssamın yaradıcılığında xüsusi yer tutur. Güllü Mustafayeva bu əsərdə bir neçə məsələni ustalıqla həll etmişdir. Şairənin geyimi, otağın quruluşu, interyer ənənəvi şərq mədəniyyətini düzgün əks etdirir. Məhzəti Gəncəvinin duruşu, gərgin pozası, üzünün demək olar ki, üsyankar ifadəsi şairənin öz dövrü ilə müqayisədə yüksək intellektə və cürətə malik olduğunu büruzə verir. Bu obrazın xüsusiyyətləri ilə gənc rəssam ölkəsinin yaşadığı çox burulğanlı bir periodda sözlə ifadəsi olduqca təhlükəli olan fikirləri əks etdirə bilmişdir. Güllü Mustafayevanın qızı musiqişünas Zemfira Qafarova anasının bu əsəri haqqında deyir: "Onun vizit kartı — öz üzünün cizgilərindən istifadə edərək, yaratdığı XII əsrin şairəsi Məhsəti Gəncəvinin portreti idi"Elya Ənvərli Musiqinin mənəvi anası //Region plus.15.09.2015. thumb|left|180 px|"Bizim uşaqlar" silsiləsindən, "Aygül" (1964) Güllü Mustafayeva dövrünün əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin portretlərini yaratmışdır. Bunlardan iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın, oftalmoloq, tibb elmləri doktoru Umnisə Musabəyovanın, nevropatoloq, tibb elmləri doktoru Zəhra Salayevanın, xalq rəssamı Səttar Bəhlulzadənin portretlərini misal gətirmək olarƏsgər Zeynalov İRƏVAN XANLIĞI… GERÇƏKLİYİN AYDINLIĞI. Lulu Enterprises, 2016. S. 297.
Güllü xanım Mustafayevanın yaradıcılığında uşaq portretləri xüsusi silsilə — (məsələn, "Bizim uşaqlar" silsiləsi) təşkil edir.
1973-cü ildə "Azərbaycan SSR əməkdar rəssamı", 4 mart 1992-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" adına layiq görülmüşdür.
Güllü Mustafayevanın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılır.
Ailəsi İlk evliliyi rəssam Həsən Haqverdiyev ilə olmuşdur. Bu evlilikdən doğulan uşaqları: Əli Haqverdiyev Zemfira Qafarova İkinci evliliyi isə rəssam Nəcəfqulu İsmayılov ilə olmuşdur. Bu evlilikdən doğulan uşaqları: Rəna İsmayılova Sevinc İsmayılova Ramiz Mustafayev və Faiq Mustafayevin bacısıdır.
İstinadlar
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan SSR əməkdar rəssamları Kateqoriya:Türkmənistanda doğulanlar Kateqoriya:XX əsr Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanın qadın incəsənət xadimləri Kateqoriya:Azərbaycanın qadın rəssamları