«National Dastak» — 20 dekabr 2015-ci ildən yayımlanmağa başlayan Hindistan veb telekanalı. Əksər hallarda media tərəfindən əhəmiyyət verilməyən məsələlərə toxunan telekanal Bahucan bölməsinə də geniş yer ayırır. Bavendra Prakaş bu telekanalın vebsayt redaktorudur. Şambu Kumar Sinx isə telekanalda müxbir və baş redaktor vəzifəsində çalışır. Youtube-da olan National Dastak kanalının 2 milyondan çox abunəçisi var. Kanal Hindistanda abunəçilər tərəfindən ən çox izlənilən on hind dilli YouTube xəbər kanalından biridir.

Məzmunu alt=National Dastak Launching Ceremony|thumb|Raviş Kumar «National Dastak»-ın açılış mərasimində çıxış edərkən «National Dastak» canlı reportajları, siyasi xəbərləri ilə tanınır. Telekanal Hindistanda marginal və zərər çəkmiş bölmələr üzrə sənədli filmlər və proqramlar seriyası hazırlayır. Kanalın vebsaytı 2017-ci il məlumatlarına əsasən, Hindistanın 25000 ən yaxşı vebsaytı arasında 1165-ci yerdə qərarlaşmışdır.

Həmçinin bax Awaaz India TV Dalit Dastak Dalit Camera Lord Buddha TV

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hindistan televiziya kanalları