() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Cənub və Qərbi Sibirdə, Qazaxıstanda, Mərkəzi Avropada yayılmşdır.

Botaniki təsviri Möhkəm, yumru çətirinin buğumlu zoğları olan, hündürülüyü 1,5-2 m-dək çatan koldur. Yarpaqları enli-uzunsov-yumurtavari, ucu biz, bünövrəsi yumru və ya dar, kənarı mərkəzinədək bütöv, ayanın ucunda cüt dişlidir. Uzunluğu 3,5 sm-dən 4,5 sm-dəkdir. Yarpaqların üst tərəfi parlaq yaşıl rəngli, alt tərəfi göyümtüldür. Mayda-iyunda çiçəkləyir, iyulda-avqustda meyvə verir. Ağ çiçəkləri 6-20 ədəd çiçəkli qalxanvari çiçək qruplarına yığılmışdır. Çiçək saplaqları çılpaqdır. Meyvələri-xırda, hamar, qonur, qanadlı toxumları olan çılpaq yarpaqcıqlıdır.

Ekologiyası Şaxtaya davamlı koldur.

Azərbaycanda yayılması Azərbaycanın bəzi bölgələrində park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi Dekorativ və balverici bitki kimi istifadə edilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası